Xora əmliyyatları
Mədə xorası çox zaman səhv və ya rejimsiz qidalanma, eləcə də stress kimi hallarda yaranır. Bunlardan başqa uzun müddət istifadə olunan dərmanlar, mədədə olan turşuluq səviyyəsində artması, yaxşı müalicə olunmamış mədə xəstəlikləri kimi hallarda xoranın əmələ gəlmə riski artır. Çay, siqaret və qəhvə istifadəsi çox olan zaman da xoranı inkişafı üçün şərait yaranır. Bütün bu halların nəticəsi kimi əmələ gələn xora, bakteriya mənşəli olduğu üçün çox vaxt turşuluğun korreksiyası ilə müalicə olunur. Lakin qanama, deşilmə kimi halların olması nəticəsində, əməliyyat qaçılmazdır. Xoranın ağırlaşdığı və dərman müalicəsinin effekt vermədiyi hallarda da əməliyyat seçimdir.Mədə əməliyyatından əvvəl xəstəyə bəzi müayinələr aparılır. Bu müayinələrə qan analizləri, böyrək və qaraciyər üçün funksional analizlər, infeksion və ürək xəstəliklərinin varlığı analizləri aiddir. Bu müayinələrdən sonra xora diaqnozu həkiminiz tərəfindən təkrarən dəqiqləşdirildikdən sonra əməliyyata hazırlıq aparılır. Bu hazırlıqlar zamanı xəstənin mədəsinin boş olması vacibdir. Bu səbəbdən də əməliyyatdan bir gecə öncə qida və su qəbulu dayandırılmalıdır.
Ümumiyyətlə əməliyyat xora xəstəliyinin müalicəsində nadir görülən xəstəlikdir. Bu üsulla müalicə çox zaman perforasiya (deşilmiş) və ya ikincili ağırlaşmış xoralarda tədbiq olunur. Əməliyyat zamanı xoralaşmış bölgə çıxarıldıqdan sonra qanayan damarlar bağlanır və turşuluğun nizamlanması üçün gərək olarsa sinirlər də kəsilir.