Haqqında

image
Haqqımızda

Dr. Elgün Səmədov haqqında

Mən Səmədov Elgün, 27 yanvar 1983 –cü ildə Bakı şəhərində 
anadan olmuşam. Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib 
Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 2006-cı ildə Hərbi Tibb 
Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən
hərbi hissədə tabor həkimi işləmişəm. Daha sonra Müdafiə Nazirliyinin 
digər hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə 
qədər xidmət yüksəlmişəm. Həmçinin, Türkiyənin Gülhanə Hərbi 
Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçmişəm. Bundan 
əlavə Serbiya, Cənubi Koreya, Yunanıstan, Macarıstan, İtaliya, İspaniya, 
BƏƏ, ABŞ, Çexiya, Almaniya və s. ölkələrdə bir çox kurslarda iştirak 
etmişəm və beynəlxalq konfranslarda məruzələr etmişəm. Öz istəyimlə 
hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətimi Milli Onkologiya 
Mərkəzində onkoloq cərrah kimi davam etdirmişəm. Hazırda “Leyla Medikal
Center” xəstəxanasının Cərrahiyyə üzrə direktor müavini işləyirəm.