Hemoroid

Hemoroid

Hemoroid (babasil) nədir?
Hemoroidlər, anal kalaın üst hissəsində genişlənmiş damar yumaqcıqlarıdır. Xalq arasında babasil olaraq də tanınır. Daxili və xarici hemoroid olaraq iki yerə ayrılır. Zamanla gizli olan səbəblərlə birlikdə anal kanalda yerləşən genişlənmiş damar yumaqcıqları anal dəlikdən xaricə çıxarlar.

Hemoroidin yaranma səbəbləri nədir?
  • Bağırsaq motorikasında disfunksiya (ishal, qəbizlik)
  • Hamiləlik və doğuş
  • Passif həyat tərzi
  • Bəzi idman növləri (at çapma, velosiped sürmək)
  • Müxtəlif peşa sahibləri (sürücülər, pilotlar)
  • Spirtli içki alışqanlığı
  • Çanaq bölgəsində yerləşən şişlər, qarında assit
  • Yoöun bağırsaq xərçəngi
Simptomlar:
  • Düz bağrsaqdan qanaxma (anusdan qırmızı rəngli qan)
  • Ağrı
  • Anus ətrafında şişkinlik
  • Axıntı, anusda nəmlik hissi
  • Qaşıntı
Bu şikayətlərlə müraciət edən xəstələrdə anal çat, perianal fistul, pareanal abses və tromboz kimi digər xəstəliklər də ola bilər. Ağrı daxili hemoroidlərdə gecikmiş bir simptomdur. Başlanğıc mərhələdə ağrı varsa hemoroidal damarın trombozu, perianal abses, anal çat ilk olaraq ağla gəlməlidir.

Diaqnoz necə qoyulur?
Bu şikayətlərlə həkimə müraciət edən xəstənin şikayətləri diqqətli şəkildə dinləndikdən sonra gənc xəstələrdə aparılan anal müayinə çox vaxt yetərli olur. Rektal qanama şikayəti ilə gələn xəstələrə rektoskop müayinə təyin olunur. 40 yaşdan yuxarı olan qəbizlik şikayəti ilə gələn və anal müayinədə hemoroid təsdiq olunan bütün xəstələrdə kolonoskopiya aparılmalıdır. Hər zaman gizli olan bir yoğun bağırsaq şişi olmadığı təsdiq olunmalıdır. Unudmaq olmaz ki, hemoroid tək başına yoğun bağırsaq xərçənginin simptomu ola bilər.

Hemoroidin dərəcələri
1-ci dərəcə hemoroid: Qanaxma ən önəmli şikayətdir. Hemoroidlər rektoskopiya zamanı izlənilir. 2-ci dərəcə hemoroid: qanaxma və qaşınma şikayətləri olur. Anal müayinə zamanı diaqnoz qoyulur. 3-cü dərəcəli hemoroid: qanaxma, qaşınma və anal nahiyyədə nəmlik hissi şikayətləri ilə müraciət edirlər. Anal müayinə zamanı anusdan xaricə çıxan hemoroid düyünlər görülür. Müayinə zamanı daxilə göndərilə bilir. 4-cü dərəcə hemoroid: qanaxma, qaşınma, axıntı və ağrı şikayətləri mövcud olur. Müayinə ilə daxili göndərilməyən düyünlər izlənilir.

Hemoroidin müalicə metodları
Bağırsaq funksiyasının bərpası, qəbizliyin arada götürülməsi
  1. Pəhrizdə bol lifli qidalar, gündəlik su qəbulu 1.5-2.0 litrə qədər artırılması
  2. Yerli məlhəm və kremlər
  3. Cərrahi müalicə
    • Skleroterapiya
    • Bant liqasiya
    • Klassik cərrahi üsulla hemoroidektomiya əməliyyatı üamumi anesteziya altında aparılır. Xəstəxanada ortalama 1 gün stasionar müalicədə saxlanılır.
    • Lazer müalicəsi. Lazer texnikası ilə ümumi anesteziya altında aparılır. Əməliyyatın davametmə müddəti 5-15 dəqiqədir. Əməliyyat sonrası ağrı ən az olan üsuldur. Əmək qabiliyyətinin bərpası daha qısa zaman alır. Üçüncü dərəcəyə qədər olan hemoroidlərdə tətbiq olunur.