Gastrointestinal Stromal Tümör (GİST)
Gastrointestinal stromal tümörlər haqqındaGastrointestinal stromal tümörlər və ya GİST-lər, gastrointestinal (Gİ) kanalda (qida borusu, mədə, anus, yoğun bağırsaq və nazik bağırsaq) nisbətən nadir görünən bir xərçəng növüdür. GİST-lər sarkoma adı verilən və birləşdirici toxumalarda başlayan bir xərçəng sinfinə aiddir. Bu birləşdirici toxumaya yağ, əzələ, qan damarları, dərialtı toxuma, sinirlər, sümüklər və qığırdağı aiddir.
GİST-lər Gİ kanalın hər hansı bir yerində əmələ gələ bilmsinə rəğmən, ən çox mədədə (60%) və ya nazik bağırsaqda (30%) ortaya çıxır. Qalan 10%-lik bir qisim isə yoğun bağırsaq və Gİ-nin digər qismlərində ortaya çıxır.
Yaxın zamanlarda, bütün GİST-lər yayılma xüsusiyyətinə sahib olduğu aşkar olmuşdur. Bir GİST çıxarıldıqdan sonra eyni bölgədə yəkrarən əmələ gələ bilər və ya Gİ kanaldan kənara metastaz verə bilər.
Bu xəstəliyin risk faktoru da digər bütün xərçənglər kimidir. Buna baxmayaraq bugün, bir xəstədə GİST əmələ gəlməsinə səbəb olan konkret bir faktor olması sübut olunmamışdır. GİST-li xəstələrin çoxunun xərçəng hüceyrələrinin səthində Kit adlanan bir fermentdə dəyişiklik meydana gəlir. Sağlam şəxslərdə Kit fermentinin funksiyası hüceyrələrə bölünmə və böyümə siqnalını göndərməkdir. Ancaq GİST-li xəstələrin çoxundan öz funksiyasını normal yerinə yetirməyən Kit fementi hüceyrələrə dayanmadan, nizamsız bölünmə siqnalı göndərdiyi üçün xərçəng hüceyrəsi halına gəlir.
GİST hər hansı bir fiziki simptom yaratmadığı üçün diaqnostika və müalicəsi çətindir. GİST-də doğru diaqnozun qoyulması da çətin ola bilər. Yaxın zamanlarda aparılmış bir araşdırma, nadir görülən xərçəngləri olan insanların, həkimlər xəstəliklərinə doğru diaqnozu qoyana qədər, yayılmış olaraq görülən xərçəngləri olan insanlarla münasibətdə diaqnozun qoyulması ikiqat daha çətindir.
GİST müalicəsi
Cərrahiyə, yayılmamış olan bir gastrointestinal tümör üçün standart müalicə metodudur. Ancaq, tümör tamam olaraq çıxarıldıqdan sonra iki il içində cərrahi müalicə olunmuş xəstələrin yarısında residiv əmələ gəlir.
Cərrahiyəyə əlavə olaraq bəzi target dərman müalicələrinin də GİST müalicəsində olduqca faydalı olduğu sübut edilmişdir.
Həkiminizə veriləcək suallar
GİST diaqnozu qoyulduğu zaman, həkiminizə diaqnoz və müalicə planının necə olacağı haqda suallar verə bilərsiniz. Məsələn:
GİST diaqnozu yeni qoyuldusa
- Şiş hardadır?
- Şiş yayılıbmı?
- Dərmanı necə qəbul etməliyim?
- Dərman qəbul etməyimi necə yadda saxlamalıyam?
- Müalicə nə zaman başlayacaq?
- Müalicənin məqsədi nədir?
- Dərman məni sağaldacaqmı? Dərmandan hansı nəticəni gözləməliyəm?
- Müalicəyə davam etmək nə səbəbdən vacibdir?
- Müalicədə ola biləcək yan təsirlər hansıdır?
- Müalicə gündəlik həyatıma necə təsir edəcək?
- Nə kimi dəyişikliklər gözləməliyəm?
- Dərmanı necə qəbul etməliyəm?
- Dərmanı necə saxlamalıyam?
- Dərman qəbulunu necə yadda saxlamalıyam?
- Müalicənin məqsədi nədir?
- Dərmanı hansı müddətdə qəbul etməliyəm?
- Əlavə təsirlərin və ya cərrahiyənin təsirlərinin əmələ gəldiyini necə biləcəyəm?
- Əlavə təsirlər səbəbindən dərman qəbulunu dayandırsam nə baş verər?
- Özümü yaxşı hiss edirəm. Nə səbəbdən dərman qəbulunu davam etməliyəm?