Bağırsaq divertikulu
Yoğun bağırsaqın mukoza adlandırılarn daxili səthinin zəif nöqtələrdən xaricə doğru kisə şəklində yırtılmasına və ya cibləşməsinə, bağırsaq divertikulu deyilir. Birdən çox divertikul olan zaman artıq bağırsaq divertikulozu xəstəliyi adlanır. Bağırsağın əzələ təbəqəsinə damarların girdiyi nöqtələrdə divertikullar əmələ gəlir. Bağırsaq divertikulları Qərb ölkələrində yoğun bağırsağın anal dəliyə nisbətən yaxın olan siqmoid bağırsaq adlanan hissəsindən qaynaqlanır. Şərq ölkələrində isə 70% hallarda divertikuloz yoğun bağırsağın sağ yarısında qeyd olunur.Yoğun bağırsaqda olan divertikulların iltihablaşmasına divertikulit deyilir. Tərkibində lif az olan qidalarla qidalanma, qəbizlik, piylənməŞ hərəkətsizlik, hormon terapiya, revmatizm əleyhinə preparatlar, alkoqol, siqaret və kofein istifadəsi, eyni zamanda polikistik böyrək xəstəliyi zəminində yoğun bağırsağın divertikuloz xəstəliyi inkişaf edir.
Divertikulların müalicəsi cərrahi yolla yerinə yetirilir. Bunun üçün bağırsaq əldə olunaraq cibləşmiş hissə tikilərək kəsilir. Residiv vermə riski yüksək olsa da, müalicə olunmayan divertikullarda bağırsaq perforasiyası, eləcə də bəd xassəli prosesə keçmə riski mövcuddur.