Perianal və perirektal abseslər
Perianal və perirektal abseslərin birincili müalicəsi kəsik və drenajdır. Antibiotiklər müalicədə yardımçıdır, lakin birincili müalicə olaraq istifadə olunmur. Abses drenajları çox vaxt lokal anesteziya altında yerinə yetirilir. Yaxşı bir drenajdan sonra bir çox abses fistul əmələ gəlmədən sağaır, lakin 50% xəstədə fistula rast gəlinə bilər. Bu səbəblə xüsusən residiv verən hallarda eyni prosedurla fistulotomiyanın da aparılması gələckdə ikinci bir cərrahi prosedurun qarşısını alır. İsxiorektal abseslərdə birincili boşluq olmadığından ilk müalicə drenaj ilə məhdudlaşmalıdır. Sfinkter daxili abseslərdə isə abses sahəsindən aparılacaq daxili sfinkterektomiya ən yaxşı üsuldur.Təkrarlanan abseslərdə, sistem xəstəliklərin (şəkərli diabet kimi) və iltihabi bağırsaq xəstəliklərinin (Kron kimi) araşdırılması və qarşısının alınması vacibdir.
Anal nahiyyədə bir boşluq fasiləli və ya davamlı bir axıntı ilə birlikdə izlənir. Fistul, birinci ucu anal kanalda, ikinci ucu isə perianal dəridə olan iltihabi bir yoldur. Fistullar ümumilikdə sfinkterdaxili sahədə əmələ gələn abseslərin nəticəsi olaraq əmələ gəlir.
Perianal fistulların müalicəsində bizim tərəfimizdən tədbiq olunan müalicə prinsipləri
- Fistulun tam dəyərləndirilməsi
- Bərabər olan sistem xəstəliklər və ya iltihabi bağırsaq xəstəliklərinin araşdırılması
- Bəsit fistullarda fistulotomiya tərzində cərrahi müalicə aparılır.
- Fəsadlaşmış fistullarda fibrin yapışdırıcı ilə fistulun qapanması və ya anal qaldırıcı fleplər ilə daxili ucun tıxanması kimi cərrahi texnikalar tədbiq olunur
- Əməliyyatdan sonra tövsiyyələrlə xəstələrin residiv xəstəlik və ya funksional qabiliyyətlərinin yaxından təqib olunması