Xoledox kisti
Qaraciyərin içində və ya qaraciyərin xaricində də əmələ gəlsə, öd yollarında əmələ gələn anadangəlmə və ya qazanılmış kistlər xoledox kistləri adlanır. Böyüklərdə qaraciyər absesi, siroz, xolelitiaz, portal hipertoniya kimi qarşımıza çıxa bilən xoledox kistləri, uşaqlarda sarılıq, axolik nəcis və sağ qabırğaaltında kütlə kimi görülür.Xoledoxun anadangəlmə genişlənməsi olan xoledox kisti, dörd qrupa bölünür. Tip 1 deyilən 1-ci qrupda xoledoxun sadəcə genişlənməsi görülür. Burda qaraciyər içindəki öd yolları prosesə daxil deyil. Tip 2 deyilən 2-ci qrupda xoledox, aşağı ucda bir cip kimi genişlənmiş olur. Tip 3-də daha çox mədəaltı vəzi kanalına doğru bir kist şəklində ortaya çıxmaqdadır. Tip 4-də isə həm xoledox, həm də öd yolları genişlənməsi izlənir.
Xoledox kisti, ümumilikdə hamiləlik vaxtı əmələ gəlməkdədir. Kistin əmələ gəlməsi nəticəsində çox zaman sağ qabırğaaltı nahiyyədə ortaya çıxan şiddətli ağrı əmələ gəlir. Öd yollarının tıxanması nəticəsində xəstələr ortaya çıxan başqa bir simptom dəri rənginin saralmasıdır. Ən önəmli symptom qarında ağrıdır. Qarında palpasiya olunan kütlə, sarılıq və daş da xoledox kistinin simptomlarıdır.
Xoledox kistinin diaqnostikasında ən vacib üsul ultrasəs müayinəsidir. Bundan başqa diaqnozu dəqiqləşdirmək məqsədi ilə kompyuter tomoqrafiya (KT), maqnit rezonan tomoqrafiya (MRT) və maqnit rezonan xolangioqrafiya (MR-CP) aparıla bilər.
Xoledox kistinin müalicəində ilk addım hansı tipə aid olduğunu müəyyən etməkdir. Daha sonra lazım olan, cərrahi olaraq xoledox kistinin çıxarılması və öd yollarının təkrarən nazik bağırsağa anastomozunun qoyulmasıdır. Bu xəstəliyin müalicəsi olduqca vacibdir. Kistin növünü müəyyən etdikdən sonra ən yaxşı müalicə həmin kistin cərrahi olaraq çıxarılmasıdır. Aparılan əməliyyatdan sonra xəstənin bird aha bu cür simptomlarının olması müşahidə olunmur.