Qaraciyər şişləri
Qaraciyər xərçəngi, orqanın öz toxumasından əmələ gələn bəd xassəli şişdir. Xəstəliyin rastgəlmə tezliyi bölgəyə bağlı olaraq dəyişkəndir. Xüsusən də Hepatit B infeksiyası çox olan bölgələrdə xəstəlik önəmli bir xalq problemi ikən, peyvəndlənməsi aparılan ölkələrdə rastgəlmə tezliyi nisbətən azdır. Kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Qaraciyərin funksional vahidi olan hepatositdən əmələ gələn hepatoselyulyar karsinoma təxminən bütün qaraciyər xərçənglərinin 90% təşkil edir. Qalan 10% isə çox vaxt qaraciyərin içində olan öd yollarından əmələ gələn və xolangiokarsinoma adlanan şişlərdir. Qaraciyərdə ən çox rast gəlinən şişlər metastatik şişlərdir. Metastaz başqa bir orqan və ya toxumadan xərçəng hüceyrəsinin qaraciyərə sıçramasıdır. Qaraciyərə bədənin bütün yerlərindən metastaz yayıla bilir.Qaraciyər xərçəngi olan bir çox xəstədə erkən mərhələdə hər hansl bir simptom olmur. Bu səbəbdən də xüsusilə siroz kimi yüksək riskli xəstələrdə şikayət olmasa belə nəzarət erkən aşkar olunmaq üçün çox önəmlidir. Qaraciyər xərçəngi çox zaman qarında şikinlik, dəridə sarılıq, qaşıntı, qarnın sağ üst bölgəsindən başlayıb belə irradiasiya edən ağrı, qısa zamanda arıqlama, həftələrlə davam edən iştahasızlıq, çox az yemək yeməsinə baxmayaraq yedikdən sonra toxluq və köp hissi, temperatur, gecələr tərləmə, ümumi halın kəskin pisləşməsi, sidik rəngində tündləşmə və ağ rəngli nəcis kimi sarılıq simptomları ilə özünü göstərir. Bu sayılan simptomlardan çoxu ağır simptomlar olsa da qaraciyər xərçəngi diaqnozu qoymaq üçün birbaşa göstəricilər deyildir. Çünki bunların hamısı infeksiya kimi digər bir patoloji prosesdən də qaynaqlana bilər.
Qaraciyər xərçənginin səbəbi dəqiq olaraq bilinmir. Lakin riskini artıran bir neçə xəstəlik aparılan araşdırmalar nəticəsində aydın edilmişdir. Hepatit B və C kimi virusla sarılıq xəstəliyi keçirib virus daşıyıcısı olmaq belə xəstəliklərə örnəkdir. Qaraciyər xərməngi bu cür virus infeksiyaları tapıldıqdan bir neçə il sonra özünü biruzə verə bilir. Qaraciyər sirozu səbəbi ilə yaranmış yara (siroz xəstələrinin 5%-də qaraciyər xərçənginin əmələ&nbQaraciyər xərçəngi, orqanın öz toxumasından əmələ gələn bəd xassəli şişdir. Xəstəliyin rastgəlmə tezliyi bölgəyə bağlı olaraq dəyişkəndir. Xüsusən də Hepatit B infeksiyası çox olan bölgələrdə xəstəlik önəmli bir xalq problemi ikən, peyvəndlənməsi aparılan ölkələrdə rastgəlmə tezliyi nisbətən azdır. Kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Qaraciyərin funksional vahidi olan hepatositdən əmələ gələn hepatoselyulyar karsinoma təxminən bütün qaraciyər xərçənglərinin 90% təşkil edir. Qalan 10% isə çox vaxt qaraciyərin içində olan öd yollarından əmələ gələn və xolangiokarsinoma adlanan şişlərdir. Qaraciyərdə ən çox rast gəlinən şişlər metastatik şişlərdir. Metastaz başqa bir orqan və ya toxumadan xərçəng hüceyrəsinin qaraciyərə sıçramasıdır. Qaraciyərə bədənin bütün yerlərindən metastaz yayıla bilir.
Qaraciyər xərçəngi olan bir çox xəstədə erkən mərhələdə hər hansl bir simptom olmur. Bu səbəbdən də xüsusilə siroz kimi yüksək riskli xəstələrdə şikayət olmasa belə nəzarət erkən aşkar olunmaq üçün çox önəmlidir. Qaraciyər xərçəngi çox zaman qarında şikinlik, dəridə sarılıq, qaşıntı, qarnın sağ üst bölgəsindən başlayıb belə irradiasiya edən ağrı, qısa zamanda arıqlama, həftələrlə davam edən iştahasızlıq, çox az yemək yeməsinə baxmayaraq yedikdən sonra toxluq və köp hissi, temperatur, gecələr tərləmə, ümumi halın kəskin pisləşməsi, sidik rəngində tündləşmə və ağ rəngli nəcis kimi sarılıq simptomları ilə özünü göstərir. Bu sayılan simptomlardan çoxu ağır simptomlar olsa da qaraciyər xərçəngi diaqnozu qoymaq üçün birbaşa göstəricilər deyildir. Çünki bunların hamısı infeksiya kimi digər bir patoloji prosesdən də qaynaqlana bilər.
Qaraciyər xərçənginin səbəbi dəqiq olaraq bilinmir. Lakin riskini artıran bir neçə xəstəlik aparılan araşdırmalar nəticəsində aydın edilmişdir. Hepatit B və C kimi virusla sarılıq xəstəliyi keçirib virus daşıyıcısı olmaq belə xəstəliklərə örnəkdir. Qaraciyər xərməngi bu cür virus infeksiyaları tapıldıqdan bir neçə il sonra özünü biruzə verə bilir. Qaraciyər sirozu səbəbi ilə yaranmış yara (siroz xəstələrinin 5%-də qaraciyər xərçənginin əmələ gəlmə riski var), qaraciyər adenoması, qidada olan bəzi karsinogen maddələr, bəzi dərmanlar və hematoxromatoz kimi metabolik xəstəliklər, anabolit steroid qəbulu, qaraciyər yağlanması, nəsildə olan qaraciyər xərçəngi anamnezi, taxıl bitkilərində yaşayan Aspergillus adı verilən göbələklərin hasil etdiyi aflotoksin adlanan zəhərlər, siqaret çəkmə, içməli suda olan Arsenium zəhəri, diabet, piylənmə, zəif immunitet, alkoqol (hər 3 qaraciyər xərçəngindən 1-i alkoqola bağlıdır) qaraciyər xərçənginin səbəblərindəndir.
Qaraciyər xərçəngində erkən diaqnoz şansı çox az olsa da, xüsusilə yüksək riskli xəstələrdə mütəmadi aparılacaq analizlərlə xəstəliyin ağırlaşmadan diaqnozun vaxtında qoyulması mümkündür. Xəstəliyin diaqnozu ultrasəs müayinəsi (USM), kompyuter tomoqrafiyası (KT) və maqnit rezonans tomoqramma (MRT) ilə qoyulur. Ayrıca olaraq alfofetoprotein testi də aparılır.
Hepatoselyulyar karsinoma ən çox görülən birincili qaraciyər xəstəliyidir və fərqli müalicə üsulları mövcuddur. Xəstələrin ən çox yararlılıq gördükləri müalicə metodu cərrahi müalicədir. Şişlər də daxil olmaqla qaraciyərin bir hissəsinin çıxarılması və ya qaraciyər köçürülməsi bir müalicə variantıdır. Cərrahiyəsində diqqət tələb edən digər məsələ qalacaq qaraciyərin xəstənin həyatı üçün kifayət qədər böyüklükdə olmasıdır. Cərrahiyənin uyğun olmadığı şişlərdə və ya bu böyük əməliyyatlara tab gətirə bilməyən xəstələrdə kimyəvi terapiya, şüa terapiyası, şişlərin yandırılması (ablasiya) və ya nüvə təbabəti də tətbiq oluna bilər sp;gəlmə riski var), qaraciyər adenoması, qidada olan bəzi karsinogen maddələr, bəzi dərmanlar və hematoxromatoz kimi metabolik xəstəliklər, anabolit steroid qəbulu, qaraciyər yağlanması, nəsildə olan qaraciyər xərçəngi anamnezi, taxıl bitkilərində yaşayan Aspergillus adı verilən göbələklərin hasil etdiyi aflotoksin adlanan zəhərlər, siqaret çəkmə, içməli suda olan Arsenium zəhəri, diabet, piylənmə, zəif immunitet, alkoqol (hər 3 qaraciyər xərçəngindən 1-i alkoqola bağlıdır) qaraciyər xərçənginin səbəblərindəndir.
Qaraciyər xərçəngində erkən diaqnoz şansı çox az olsa da, xüsusilə yüksək riskli xəstələrdə mütəmadi aparılacaq analizlərlə xəstəliyin ağırlaşmadan diaqnozun vaxtında qoyulması mümkündür. Xəstəliyin diaqnozu ultrasəs müayinəsi (USM), kompyuter tomoqrafiyası (KT) və maqnit rezonans tomoqramma (MRT) ilə qoyulur. Ayrıca olaraq alfofetoprotein testi də aparılır.
Hepatoselyulyar karsinoma ən çox görülən birincili qaraciyər xəstəliyidir və fərqli müalicə üsulları mövcuddur. Xəstələrin ən çox yararlılıq gördükləri müalicə metodu cərrahi müalicədir. Şişlər də daxil olmaqla qaraciyərin bir hissəsinin çıxarılması və ya qaraciyər köçürülməsi bir müalicə variantıdır. Cərrahiyəsində diqqət tələb edən digər məsələ qalacaq qaraciyərin xəstənin həyatı üçün kifayət qədər böyüklükdə olmasıdır. Cərrahiyənin uyğun olmadığı şişlərdə və ya bu böyük əməliyyatlara tab gətirə bilməyən xəstələrdə kimyəvi terapiya, şüa terapiyası, şişlərin yandırılması (ablasiya) və ya nüvə təbabəti də tətbiq oluna bilər