Öd kisəsi əməliyyatı
Öd kisəsi daşı nədir?Öd kisəsinin içində normalda ərimiş halda olan xolesterol və ya piqmentlərin çökərək əmələ gətirdiyi bir quruluşdur.
Öd kisəsi funksiyası nədir?
Öd kisəsi qaraciyərin alt hissəsinə yapışmış şıkildə olan bir orqandır. Funksiyası qaraciyərin əmələ gətirdiyi sarı-yaşıl ödü depolamaqdır. Ümumilikdə aclıq halında öd kisəsində toplanan öd, burada qatılaşaraq depolanır. Həzm zamanı isə öd kisəsi yığılaraq içindəki ödü bağırsağa boşaldır. Ödün funksiyası isə yağların həzmidir.
Öd daşları nədən əmələ gəlir?
Öd tərkibində olan maddələr bəlli bir münasibətdə olur və bu dinamika onların ərimiş halda qalmasını təmin edir. Öd kisəsi ödü qatılaşdırarkən bu dinamikanın pozulması zamanı öd tərkibində çöküntü əmələ gəlir. Bunlar da zamanla böyüyərək daş əmələ gətirir.
Bütün öd daşları eynidirmi?
Xeyir. Tərkibinə görə dəyişkən öd daşları var. Ölçülərinə görə də fərqli ola bilər. Kiçik kristallardan bir neçə sm ölçülü daşlara qədər dəyişkən ola bilər. Öd daşlarının təxminən 90%-i xolesterol tərkibli olur. Qalanları isə piqment (bilirubin) daşlarıdır. Bundan əlavə daşların hamısının tərkibində müəyyən miqdarda kalsium da olur. Adi rentgen şəkillərdə öd daşları görülmür. Öd daşlarının tərkibində kalsium nə qədər çox olarsa rentgendə görülə bilmək ehtimalı artır.
Öd daşları kimdə olur?
20-60 yaş arası qadınlarda öd daşı xəstəliyinin sıxlığı kişilərə nisbətən 3 dəfə artıqdır. Çox uşaqlı analarda risk daha artıq olur. Bundan başqa yaş və artıq çəki də əmələgəlmə riski ilə mütənasibdir. 60 yaşdan böyük insanların təxminən 10-20%-də ö daşları mövcuddur.
Öd kisəsində daşlara aid olan şikayətlər hansılardır?
Öd daşı olanların böyük çoxluğunda (70-80%) şikayət yoxdur. Bunlar təsadüfən başqa müayinələr zamanı tapılırlar. Belə daşlara «səssiz daşlar» deyilir. Səbəbi olduqları ən əsas şikayət isə qarının sağ üst hissəsində belə də irradiasiya edən ağrıdır. Bəzən dəyişik ağırlaşmalara da səbəb olur. Kiçik öd daşları öd axarına düşüb burada tıxmaya yol açaraq sarılıq meydana gətirə bilər. Bəziləri mədəaltı vəzi ilə əlaqəli şikayətlərə səbəb olur. Bəzən şişkinlik, həzm pozğunluğu, xüsusilə yağlı qidaları həzm edə bilməmək kimi şikayətlərə səbəb olur.
Öd kisəsi daşının diaqnozu necə qoyulur?
Öd kisəsi daşının diaqnozu müasir tibbdə ən asan və zəhmətsiz olaraq ultrasəs müayinəsi ilə qoyulur.
Öd kisəsi daşının müalicəsi nədir?
Öd kisəsi daşı əmələ gəlməsində əsas səbəb kisənin qatılaşdırma funksiyasında bir pozğunluq olduğundan xəstə olan kisədir. Bu səbəb ilə əsas müalicə öd kisəsinin əməliyyatla çıxarılmasıdır. Bu yolla da həm öd kisəsində olan daş çıxarılır, həm də gələcəkdə yeni daş əmələ gətirəcək öd kisəsi olmur.