Mədəaltı vəzi xoşxassəli şişləri
Mədəaltı vəzinin bəzi xoşxassəli şişləri zamanı cərrahi əməliyyatlara ehtiyyac ola bilər. Hormonal aktivliyi olan insulinoma kimi bəzi şişlər çox zaman xoş xassəlidir. Pankreasın kistik şişlərinin mühüm bir hissəsi də xoş xassəlidir. Xoş xassəli mədəaltı vəzi şişlərində cərrahi müalicə çox zaman gərəkli olur. Lakin pankreasın kistik şişləri (içi maye ilə dolu) içində diaqnoastikası dəqiq olan seroz kistadenomalar və İPMN deyilən kistik şişlərin bəzi riski az olan alt tipləri də görülə bilər. Bununla birlikdə bir çox xəstədə cərrahi olaraq zədələnmə xaric edilməlidir. İnsulinoma kimi endokrin (hormon ifraz edən) şişlərdə xəstədə hormonun həyat fəaliyyətinə ciddi təsir etdiyi üçün əməliyyat vacibdir. Misal üçün insulinoma xəstələrində qan şəkəri idarəolunmaz şəkildə anidən enir və xəstə bayılır. Bu şişlərdə cərrahi əməliyyat qaçılmazdır. Mədəaltı vəinin neoplazik kistik şişlərində bir çox xəstədə əməliyyat qərarı verilməlidir. Bu kistik şişlərdə xərçəngə çevrilmə potensialı mövcuddur. Bəzən isə artıq bədxassəli proses başlamış lakin diaqnoz qoymaq praktik olaraq mümkünsüz olur. Bu səbəbdən də xoşxassəli şişlər belə əməliyyat olunarkən cərrahi sərhədlər bədxassəli şişlərdəki kimi olmalıdır. Kistik şişlər arasında bədxassəliyə keçmə riski ən çox olanlar mutsinoz kistadenoma və intraduktal papilyar mutsinoz neoplaziyadır(İPMN) . Bu iki törəmənin müalicəsində cərrahi üsul daha çox tərcih edilir. Seroz kistadenoma mülayim gedişli və bədxassəliyə çevrilmə riski az olan bir kistik prosesdir. Bu xəstələrdə radioloji diaqnostika dəqiqdirsə xəstələr sadəcə müşahidədə saxlanılır.Pankreas psevdokisti mədəaltı vəzinin kəskin iltihabından (akut pankreastit) sonra əmələ gələn içi maye ilə dolu olan torbadır. Bunlar müəyyən bir böyüklüyə çatdıqda və öz-özünə sorulmayanda əməliyyat məsləhət görülür. Ən çox tədbiq olunan cərrahi müalicə laparoskopik kistogastrostomiyadır. Burada kist ilə mədə arasında əlaqə yaradılaraq kistin sönməsinə nail olmaq olur Eyni prosedurlar içində kəskin pankreatitin səbəbi öd kisəsi daşları olarsa laparoskopik xolesistektomiya da tədbiq edilə bilər.