Exinokokk kisti
Hidatik kist xəstəliyi olaraq da tanınan bu xəstəliyin törədicisi exinokok adlı bir yastı qurddur. Exinokok paraziti çox geniş bir coğrafi yayılmaya malikdir, lakin qoyun təsərrüfatı çox olan yerlərdə daha sıx müşahidə olunur. Ən çox qaraciyəri tutur və bu səbəblə qaraciyər kist hidatik və ya qaraciyər kist hidatiyi olaraq da tanınır.Qaraciyərdən sonra ikinci ən çox görüldüyü orqan ağciyərdir. Ağciyər yoluxması gənc yaş qruplarında daha çox rast gəlinir. Xəstələrin çoxunda hidatik kist simptomları olmadığı üçün, kist partlayaraq ətraf toxumalara yayıldıqda simptom vermiş olur.
Xəstələrdə diaqnostika məqsədi ilə radioloji olaraq dəyərləndirildikdə tək və ya çox sayda, yuvarlaq və ya oval şəkilli, düzgün konturlara malik kütlə şəklində görünür. Partlamış hidatik kist dəyişik bir radioloji simptomlara malikdir. Hidatik kis müalicəsi kistlərin tipinə görə və yerləşdiyi yerə görə dəyişkəndir.
Kist əmələ gəlmənin ilk mərhələlərində olmur və çox vaxt 5 sm ölçüyə çatana qədər hər hansısa bir simptomu olmur. Simptom olmayan kistlər daha çox başqa müayinələr zamanı rastlanır. Xəstələrdəki simptomlar kistin qonşu orqanlara təzyiq və ya partlaması ilə ortaya çıxar.
Uşaqlarda hidatik kistlər immun sistemin tam inkişaf etməmiş olması səbəbi ilə simptom vermədə gigant ölçüyə qədər inkişaf edə bilir.
Exinokok kistinə diaqnoz müxtəlif radioloji müayinələrlə qoyulur. Müayinə qan analizləri ilə də təsdiq oluna bilər. Qaraciyərin exinokok kisti üçün ən yaxçı instrumental müayinə üsulu ultrasəs müayinəsidir (USM). USM və digər instrumental müayinlərlə kistin sadəcə varlığı deyil, sayı, quruluşu, növü, partlamış olub olmamağı da dəqiqləşdirilə bilər.
Exinokok kisti müalicəsi üçün keçmiş zamanlardan bu günə qədər inkişaf edən fəqrli üsullar mövcuddur. Lakin müasir tibbdə belə dərman preparatları ilə qurd tam olaraq məhv edilə bilmədiyi üçün cərrahi müalicə üsulu hələ də qızıl standart olaraq hesab edilir. Son nəticə olaraq exinoko kisti xəstəliyi ölkəmizdə çox yayılmışdır. Parazitin müalicəsinin ən yaxşı üsulu ona yoluxmamaqdır.