Hiatal herni
Hiatal herniaHiatal hernia, mədənin bir qisminin, diafraqmada qida borusunun keçdiyi dəlikdən yuxarı keçməsidir. Hiatal hernia ilə digər diafraqmal yırtıqları qarışdırmaq olmaz.
Hiatus açıqlıq deməkdir. Diafraqmada bir çox hiatus mövcuddur: qida borusu dəliyi, aşağı boş vena dəliyi, aorta dəliyi, Morgagni (sternokostal üçbucaq) dəliyi, Bochdalek (lumbokostal üçbucaq) dəliyi. Hiatal yırtıq deyildikdə, qida borusu dəliyindən keçən yırtıqdır.
Hiatal yırtıqların növləri:
- Tip I (sürüşən hiatal yırtıq); Mədənin üst qismi gastroezofageal birləşmə ilə birlikidə sürüşür.
- Tip II (qida borusu ətrafı yırtıq); Mədənin üst qismi, dibi yuxarı çəkilir, ezofagogastral birləşmə yerindədir.
- Tip III (qarışıq tip); Tip I və Tip II birlikdə qeyd olunur
- Tip IV; Yırtıq kisəsində piylik, yoğun bağırsaq kimi başqa orqanlar da yerləşir.
Hiatal yırtığın simptomları yırtığın tipinə görə dəyişir. Tip I hiatal yırtıqda gastroezofageal reflüksə, uzanıqlı vəziyyətdə döş qəfəsi arxasında ağrı, regurgitasiya, ağrı əmələ gəlir. Tip II-III hiatal yırtıqlarda gastroezofageal reflüks olmaya da bilər, yəni reklüks simptomları dəyişkəndir. Erkən doyma, köplük, yeməkdən sonra ağrı izlənilir. Tip IV hiatal yırtıq simptomları zəifdən şiddətliyə qədər dəyişir.
Hiatal yırtıqların ağırlaşmaları
Tip I hiatal yırtıqda reflüksla bağlı olaraq ezofagit, daralma, aspirasiya izlənilir. Tip II-III hiatal yırtıqlarda mədədə xora, xroniki qanama inkişaf edə bilər. Tip IV hiatal herniada kəskin obstruksiya, strangulyasiya, xoralaşma, kəskin qanama, perforasiya, aspirasiya ortaya çıxa bilər.
Hiatal yırtığın müalicəsi
Tip I hiatal hernia simptom vermirsə müalicəyə ehtiyac yoxudur. Lakin reflüks varsa dərman müalicəsi aparılır. Dərman müalicəsində effekt olmazsa cərrahi müalicəyə ehtiyyac yaranır. Tip II,II,IV hiatal yırtıqlar simptom verməsə belə diaqnoz qoyulduqda əməliyyata göstəriş vardır. Çünki əmələ gələn ağırlaşmalar ölümcül ola bilər və cərrahi müalicə olunmasa xəstəlik sürətlə irəliləyir.