Guatr əməliyyatı
Guatr əməliyyatı nədir, kimlərdə icra olunur?Bəzi tiroid vəzilərin quruluş və fizioloji pozulmalarının müalicəsi zamanı aparılan əməliyyat guatr əməliyyatı adlanır.
- Boyuna təzyiq edən və böyümüş qalxanabənzər vəzi
- Uzun müddət dərman qəbul edərək funksiyası bərpa olunmayan tiroid vəzi
- Qalxanabənzər vəzinin ölçüləri >23sm olan zaman
- Düyünləri kiçik olsa da xərçəng riskli xəstələr
- Boynunda olan şişkinlik həm estetik həm də təhlükəli olarsa qalxanabənzər vəzinin əməliyyatı icra olunur.
Əməliyyat üçün xəstəyə ümumi narkoz verilərək xəstə yatızdırılır. Əməliyyat müddəti çox zaman 90-120 dəqiqə uzunluğunda olur. Əməliyyatdan sonra xəstələr klinikad 1 gün müddətində qalırlar.
Əməliyyatda boynun ön səthində köndələn 5-6 sm-lik kəsik xətti icra olunur. Tiroid vəzinin damarları bağlanaraq vəzinin bir hissəsi və ya bütünlükdə çıxarılır. Əməliyyat zamanı qalxanabənzər vəziyə yaxın yerləşən qalxanabənzər ətraf vəzilər və səs çıxarma funksiyasını icra edən sinirlər xüsusi ehtiyyatla qorunub saxlanılmalıdır. Digər bir özəllik isə bəd xassəli xəstəlik şübhəsi olan zaman vəzinin tam çıxarılmasıdır.
Qalxanabənzər vəzi əməliyyatının nəticəsi
Klinikamızda icra olunan əməliyyat ilə xəstələrin hamısında müalicə izlənilir. Tiroid vəzinin çıxarılmasından sonra xəstəliyin təkrarlanma riski var, lakin çox cüzi bir riskdir. Qalxanabənzər vəzinin bütün kütləsi çıxarıldıqdan sonra xəstələr həyatının sonuna qədər gündə 1 tablet qəbul etməli olurlar.
Xəstəxanada əməliyyatdan sonra
Xəstədə, yaranın kənarından xaricə bir drenaj rezinin olduğunu görə bilər. Drenajın qoyulma səbəbi əməliyyat icra olunan yerdə hər hansı bir sızma olan təqdirdə vakuum təsiri ilə bu axıntının bayıra axmasıdır. Növbəti gün drenaj asanlıqla çıxarıla bilər.
Xəstə əməliyyatdan çıxadıqdan bir neçə saat sonra özünə gəlir, danışa və ağızdan qidalana bilir. Xəstə normal şəkildə yeriyə bilir və boynunu hərəkət etdirir. Xəstələr əməliyyatdan sonra şiddətli bir ağrı hiss etmirlər. Əməliyat icra olunduqdan bir gün sonra xəstə evə yazılır.
Əməliyyatdan öncə hazırlıq necə olmalıdır?
Əgər xəstədə əməliyyata göstərişlər varsa və xəstənin hormonları normal səviyyədədirsə xəstə əməliyyata hazırlanmağa başlayır. LakinÇ horman səviyyəsində yüksəklik varsa (hipertireoz, zəhərli zob) xəstəni əməliyyata almaq çox təhlükəli ola bilər. Xəstə ilk öncə endokrinoloqun müayinəsindən keçməli və dərman müalicəsi ilə birlikdə hormon səviyyəsini normal hala gətirməlidir. Normal hosmon səviyyəsini əldə etdikdən bir neçə həftə sonra xəstəyə əməliyyat icra oluna bilər. Xəstənin normal hormon səviyyəsinə salmaq üçün bəzən bir neçə ay müddət lazım olur.
Xəstəyə əgər əməliyyat qərarı verilmişsə anestezioloq tərəfindən müayinə olunmalıdır. Sonrasında xəstə əməliyyatdan öncəki gecə saat 12-dən sonra su daxil olmaqla heç bir şey yeyib, içməməlidir.