Sleeve gastrectomy
Piylənmə zamanı tədbiq olunan mədə kiçiltmə əməliyyatıdır. Əməliyyatın icrası rahat, ağırlaşma tezliyi nisbətən aşağıdır. Arzu olunan dərəcədə arıqlamanı almaq olur. Hələ də dünyada ən çox istifadə olunan piylənmə əməliyyatıdır.Bu əməliyyatla əsasən balon tipli bir mədənin geniş hissəsi çıxardılır. Əməliyyat ümumi anesteziya və qapalı (laparoskopik) cərrahi üsulla icra olunur. Qarın divarı açılmır.
Əməliyyat çubuq şəklində olan kamera və kiçik dəliklərdən qarına daxil edilən çubuğa bənzər alətlərlə yerinə yetirilir. Avtomatik tikmə cihazları (stapler) istifadə olunur. Mədənin geniş hissəsi (təxminən 70-80%) ayrılır və çıxarılır. Mədə tutumu hər dəfədə yalnız bir çay stəkanı həcmində saxlanılır.
Əməliyyatın meydana gətirdiyi üzvi və funksional dəyişikliklər iştahanın azalması və yemə-içmənin məhdudlaşdırılmasına yol açır.
Mədənin açlıq hissi doğuran faktorların başında ghrelin (qrelin) hormonu durur. Bu hormonun çox hissəsi mədənin geniş nahiyyəsindən ifraz olunur. Bu əməliyyatda həmin bu hissə çıxarılır. Qanda ghrelin hormonu səviyyəsi önəmli dərəcədə azalır. Aclıq hissi zəifləyir və iştaha azalır. Bundan başqa əməliyyatdan sonra qida yolu nisbətən daralmış olduğu üçün yemə sürəti olduqca yavaşlanır və doyma hissi asanlaşır.
Əməliyyatdan sonra dietoloqun rəhbərliyində bir ay davam edən bir qidalanma rejimi önəmlidir. İlk iki həftədə maye, daha sonrakı iki həftə yumşaq qidalarla qidalanmaq lazımdır. Bir ayın sonunda qatı qidalarla qidalanmaya keçmək olar.
İştah kəskin dərəcədə azalır. Alışdığınızdan çox daha kiçik porsiyalarla doymaq mümkündür.Sağlam yemə alışqanlığı öz özünə rahatca əmələ gəlir.