Mini gastrik bypass əməliyyatı
Piylənmə problemini aradan qaldırmaq üçün aparılan, çəki azaltmasını və gərəkli olan normal çəkini saxlayan mədə kiçiltmə əmliyyatlarına «Bariatrik cərrahiyə» deyilir. Piylənmənin qalıcı müalicəsində ən təsirli metod bu cərrahi əməliyyatlardır. Əməliyyat ilə xəstənin 40-100 kq çəkisi azalır və yenidən çəki artırmasının qarşısını alır. Artıq çəkili adamlarda sıxlıqla görülən şəkər xəstəliyi, ürək və damar xəstəlikləri, oynaq problemləri və daha 40-a yaxın xəstəlik cərrahi əməliyyat ilə birlikdə xəstənin çəkisinin azalması ilə ortadan qalxır.Mədə kiçiltmə əməliyyatı piylənmə problemi yaşayan xəstələrin pəhriz, idman və dərman müalicəsinə rəğmən istənilən nəticə əldə olunmadıqda aparılan cərrahi üsuldur. Mədə kiçiltmə əməliyyatı adından da göründüyü kimi mədənin təxminən 80%-lik bir hissəsinin cərrahi olaraq çıxarılması əsasında dayanır. Əməliyyat sonrasında mədə-bağırsaq sistemindəki aclıq-toxluq və qan şəkərini tənzimləyən hormonlar üzərində böyük bir dəyişiklik izlənilir. Mədənin kişilməsi ilə birlikdə daha az qida və kalori alındığı üçün adam təbii olaraq arıqlamağa başlayır və piylənmədən qurtulmuş olur. Ancaq mədə kiçiltmə əməliyyatının bəzi şərtləri və əməliyyat sonrası diqqət tələb edən bəzi qaydaların mövcudluğunu unutmamaq lazımdır.
Mədə kiçiltmə əməliyyatının nəticəsi daha qədim bir cərrahi seçim olan gastrik bypass qədər həm xəstənin arıqlaması, həm də diabet kimi metabolik pozulmaların tam müalicəsinə və ya müsbət dinamikasına təsir edir. Mədə kiçiltmə əməliyyatından sonra metabolik pozğunluqların normallaşması arıqlama müddətindən asılı olmayaraq baş verir. Mədə kiçiltmə əməliyyatından sonra arıqlamamışdan öncə qan şəkərinin normallaşması diabet üçün istifadə olunan dərmanların, hətta insulinin belə tamamilə kəsilməsinə gətirib çıxara bilir.
Gastrik bypass əməliyyatında mədə və nazik bağırsaqların quruluşu dəyişdirilərək xəstənin arıqlaması əldə olunur. Gastrik bypass əməliyyatı həm kiçiltmə, həm də sorulmanın azalmasına gətirib çıxardır.
Gastrik bypass əməliyyatı zamanı 2 mərhələ var:
İlk addım mədənin kiçildilməsidir. Cərrah mədənin üst hissəsinin kiçik, alt hissəsinin böyük olacaq şəkildə iki hissəyə ayırır. Mədənin kiçik olan bu hissəsi qoz böyüklüyündədir və sadəcə 28 qram ağırlığında qıdaları yerləşdirir. Bu səbəblə xəstə daha az yediyi zaman doyur və arıqlayır.
İkinci addım bypass yəni körpü qoyulmadır. Cərrah nazik bağırsağın bir hissəsini həzm traktından çıxararaq qidaların həzm yolunu qısaldır. Nazik bağırsağın ilk hissəsi atlatılaraq ikinci hissəsi mədədən yaradılan kiçik kisəyə bağlanır. Qəbul edilən qidalar artıq bu yeni kisənin içinə və daha sonra da nazik bağırsağın ikinci hissəsinə keçir. Nəticə olaraq əməliyyat sonrası mədənin çox böyük bir hissəsi ilə nazik bağırsağın birinci hissəsi həzm traktından çıxarılmış olur. Kiçik mədə sayəsində xəstə daha az qida qəbul edir və bağırsağın bir hissəsi bypass olunduğundan bədən daha az kalori həzm edir.