Obezite əməliyyatı
Obezite əməliyyatıArtıq çəkisi olan insanlarda bədəndə çox yüksək dərəcədə qeyri-sağlam yağ toplanmış olur. Bədən kütlə indeksi > 30 olan şəxlər bunlara aiddir. Bununla əlaqədar yüksək kalorili qidalar ilə qidalanma və passiv həyat tərzi artıq çəkiyə səbəb olur.
Obezite əməliyyatı nə zaman aparılmalıdır?
Bədən kütlə indeksi 30 və daha artıq olan şəxslərdə bu əməliyyat aparılmalıdır. Daha çox çəki ata bilməyən və eləcə də piylənmə səbəbindən ciddi problemləri olan şəxslərdə obezite əməliyyatı seçimdir.
Bu cərrahiyənin bəzi üsulları mövcuddur. Bunlar xəstələrin halına görə seçilməlidir. Yüksən qan təzyiqi, tip 2 diabet, yuxu apnoesi və yüksək xolesterin səviyyələri, ürək xəstəlikləri və digər problemləri obezite əməliyyatı ilə sağala bilər.
Piylənmə qaynaqlı tibbi problemlər.
Piylənmədən qurtulmaq üçün kifayət qədər çəki atıb bunu qorumaq üçün idmanla məşğul olan xəstələrin uğuru azdır. Metabolik və bariatrik cərrahiyə piylənmə üçün ən yaxşı və effektiv müalicə metodudur.
Obezite əməliyyatından sonra idman.
Əməliyyatdan sonra mütəxəssislərin nəzarəti altında rejimli idmanla məşqul olmaq olduqca faydalı rol oynayır. Lakin əməliyyatdan öncə gündəlik həyatda idman eləməyən şəxslərdə bu vərdişi yaratmaq çətin olur. Daimi olaraq idman eləyərək daha çox kilo itirən xəstələrdə isə durumunda olan yaxşılaşma onlarda motivasiyanı daha da artırır.
Çox zaman xəstələrə ən uyğun bir proqram verilir. Hər bir xəstəyə uyğun idman proqramı qurulsa da, obezite əməliyyatından sonra ümumi prinsiplərə əsaslanmaq lazımdır. Bunlar aşağıdakılardır:
- əməliyyat sonrası həkimin icazəsi olmadan hər hansı bir idmanla məşğul olmaq.
- Obezite əməliyyatından olunduqdan 3 ay sonra idmana başlamaq lazımdır. Qısa zamanda və daha çox kilo itirmək üçün həkimin məsləhət gördüyündən daha çox idman etm\m\k lazımdır.
- Həkim məsləhət gördüyü tempdə və miqdarda təmiz havada gəzmək lazımdır.
- Obezite əməliyyatından sonra ağır yük qaldırmaq, qarın çalışmaları kimi çətin hərəkətlər edilməməlidir.
- İdman etdiyiniz zaman sevdiyiniz, zövq aldığınız hərəkətlərə daha çox vaxt ayırmaq məsləhətdir.