Ur (ZOB) haqqında bilmədiklərimiz
Qalxanvari vəz əməliyyatı hansı hallarda edilir?Qalxanvari vəzin əməliyyatları vəzin xoş və ya bəd xəstəliklərində edilə bilər. əməliyyata göstərişlər bəzən düyünün böyük olması, ətraf toxumalara təzyiq edərək boğulma, şişlik hissi və ya kosmetik defekt verməsi və düyünlərdə bədxəstəlik və bəd xəstəliyə şübhə olan hallardır. əməliyyat olan xəstələrin az qismini isə müalicəyə tabe olmayan zəhərli zoblardır.
Əməliyyata hazırlıq necə planlanılır?
Əməliyyat öncəsi tam müayinə olunmaq məsləhətdir. Qan təhlilləri, ürək və ağciyər müayinələrindən keçmək anestezioloq tərəfindən əməliyyata hazırlanmalıdır. Endokrinoloq isə xəstənin tiroid hormonlarına görə əməliyyatdan əvvəl xüsusi müalicə təyin edə bilər. əgər pasient başqa xəstəliklərə görə gündəlik dərman istifadə edirsə bunu mütləq həkiminə öncədən söyləməlidir. Lazım gələrsə o müalicələr əməliyyata qədər korreksiya edilib yenidən təyin olunacaqdı. Obez və yaşlı xəstələrdə antiembolik corab və tromboz profilaktikası aparılır. Sidik kateterinə və bağırsaq imaləsini pasientlerimiz də istifadə etmirik. Antibiyotik istifadəsi isə əməliyyatdan bir az əvvəl və bir dozada istifədə yetərli olur.
Bir gün əvvəl xəstənin duş alması tövsiyə edilir. Axşam yeməyi üçün xüsusi pəhrizə ehtiyac olmur.Pasient əməliyyat günü səhər ac şəkildə xəstəxanaya yerləşdirilir. Öz praktikamızda əməliyyatdan əvvəl pasient ayaq üstə və ya oturmuş halda olarkən kəsik xəttini xüsusi qələm ilə işarətləyirik. Bu bizə kəsiyin daha düzgün və kosmetik olaması üçün kömək edir.
Hansı cərraha əməliyyat olmalıdır?
Ölkəmizdə tireoid əməliyyatlari esasən ümumi cərrah və qulaq burun boğaz həkimləri tərəfindən aparılır. Hər iki ixtisas sahibləri boyun bölgə anatomiyasına yaxşı bələddilər. Amma zob əməliyyatları fəsadlara açıq əməliyyat olduğundan bu əməliyyatları xüsusi və tez tez edən cərrahlar tərəfindən əməliyyat olunmağınızı tövsiyyə edərdim. Yazılan ədəbiyyatlarda bu əməliyyatı ortalama ildə 50 dənə və daha çox edən cərrahların fəsadları daha az olduğu göstərilmişdir.
əməliyyat müddəti və xəstəxanada qalış günü:
əməliyyat ümumi anesteziya altında edilir və ortalama 1.5-2.5 saat arasında çəkir. əməliyyat günü axşamı artıq aktivləşmə və qidalanma başlanır. Xəstəxanada qalış müddəti bir gündür. 2 gün sonra isə artıq xəstə sarğısını açıb duş ala bilər.
Xüsusi cihazlar haqqında
Tireoid əməliyyatları xəstəliklərin erkən aşkarlanması və diaqnostikanın inkişafı ilə əlaqədar olaraq günümüzdə artmışdır. Bu say artımı tibb sənayesində də yeniliklərə gətirmişdir. Günümüzdə lazer kimi təqdim olunan damar möhürləmə cihazları və sinir monitorinqi aparatıda bu sənaye biz həkimlərin rahatlığıdır. Bu cihazlar sayəsində əməliyyatlar daha qısa müddətdə bitir. Lakin bu cihazlar olmaz isə yenə tərübəli mütəxəssislər klasik yani bağlamalar üsulu ilə bu əməliyyatın öhdəsindən gələ bilər. Nəticə olaraq istər bu cihazlar olsun ya olmasın xəstənin əməliyyatı müvəffəqiyyətlə bitirlməlidir.
Tireoid əməliyyatının fəsadları
a) Əməliyyatdan sonra boyun nahiyəsində ola biləcək qanama sonrası yarada şişkinlik, axıntı, nadir olaraq nəfəs darlığı ola bilər. Bu vəziyyətdə təcili cərrahi müdaxilə lazım ola bilər (0.3-1%)
b) Az sayda xəstədə tiroid vəzinin arxa tərəfində yerləşmiş bir sinirin əməliyyat zamanı zədələnməsi nəticəsində daimi olaraq səs qısıqlığı, səsdə qalınlaşma və incə səsləri çıxarmaqda çətinlik yarana bilər. Bir çox xəstədə əməliyyat sonrasında bir neçə gün çəkən müvəqqəti səs kobudlaşması ola bilər. Əgər hər iki tərəfdəki sinir də zədələnərsə, ciddi tənəffüs çətinliyi və ya səs qısıqlığı əmələ gəlir və bu hal tənəffüs dəstəyi tələb edə bilər (0.1-21%).
c) Nadir hallarda tiroidin arxasında yerləşmiş və paratiroid vəzlər adlandırılan vəzlərin zədələnməsinə bağlı olaraq barmaqlarda və əldə uyuşma və spazm görülə bilər. Bu, çox vaxt keçici bir haldır, ancaq bəzən ömür boyu kalsium preparatları istifadəsinə də ehtiyac yarada bilər (0.4-2.6%).
d) Tiroid vəzinin bir hissəsinin çıxarılması nəticəsində yerdə qalan toxumanın lazımi qədər hormon sintez edə bilməməsinə bağlı olaraq bir neçə ay ərzində dərman istifadə etməyiniz və hormon analizləri verməyiniz lazım ola bilər. Düyünlü urda bəzən toksik ur ya da tiroid xərçənglərində ümumiyyətlə hər zaman tiroid vəzinin tamamı çıxarılır. Bu hallarda mütəmadi olaraq dərman istifadəsi lazımdır.
f) Tiroid vəzinin tamamının çıxarılmadığı ya da çıxarıla bilmədiyi hallarda xəstəlik təkrar edə bilər.
e) Bəzi xəstələrdə əməliyyat yarasının sağalması pis gedə bilər və bunun nəticəsində qırmızı, qalın və bəzən ağrılı bir iz qala bilər.
ə) Az sayda xəstədə yara infeksiyası ola bilər (1-2%).