Xərçəng və piylənmə
Piylənmə gələcəkdəki xəstəliklər üçün zəmindirSon 30 ilə göz gəzdirdiyimizdə xüsusi ilə uşaqlarda və yeniyetmələrdə piylənmənin gözəçarpan dərcədə artdığını görürük. Bu o mənaya gəlir ki, gələcəyə daha çox artıq çəkili insan və daha çox problem daşınır. Uşaqlıq və yeniyetmə dövrdə piylənmnədən əziyyət çəkən insanalarda sonrakı yaşlarda aşağıda sadalanan bir çox xəstəliklər və problemlər əmələ gələ bilər.
- Şəkərli diyabet
- Ciddi oynaq problemləri
- Psixolojik problemlər
- Depressiya
- Yuxu apnoesi
- Hipertrofik ürək
- Arterial hiportoniya xəstəliyi
- Heptosteatoz ( Qaraciyər piylənməsi)
- Qəfləti ölüm riski
- Dəri xəstələikləri
- Yumurtalıq şişləri
- Həyat keyfiyyətinin aşağı düşməsi
Piylənmə ilə xərçəng xəstəliyi arasında əlaqə varmı ?
Piylənmə ilə qida borusu, mədəaltı vəzi, yoğun bağırsaq, uşaqlıq, süd vəzi, böyrək, öd kisəsi və qalxanabənzər vəzin xərçəng xəstəliyi arasında əlaqənin və bu xərçəng xəstəliyinin piylənmədən əziyyət çəkən insanlarda daha çox rast gəlinmə ehtimalının olduğu qeyd edilir. Nümunə olaraq tanınmış tenor Pavrotti bunlardan biridir və mədəaltı vəzi xərçəngi səbəbindən həyatını itirmişdir. 2007-ci ildə ABŞ-da aparılan bir araşdırmada kişilərin 4%-də, qadınların 7%-də piylənmə ilə əlaqədar xərçəng xəstəliyinin formalaşdığı qeyd edilmişdir.
Xərçəng xəstəliyi ilə piylənmə arasındakı əlaqə nədir? - sualına cavab olaraq əsas mexanizm kimi piy toxumalarının çoxlu miqdarda estrogen sintez etməsini qeyd etmək olar. Xüsusi ilə süd vəzi və uşaqlıq xərçəngi riskinin uzun müddət estrogen təsiri altında qalması ilə bağlı olaraq artdığı bilinir. Hətta menopouza dövrünə girmiş bir qadında da belə piy toxuması yüksək miqdarda estrogen sintez edərək bu təsirin davam etməsinə səbəb ola bilər.
Piylənmədən əziyyət çəkən insanlarda insulin və insulinə bənzər böyümə faktoru 1–in yüksək olmasının da xərçəng xəstəliyinə təkan verici mexanizmlərdən biri olduğu düşünülməkdəir. Bundan başqa yağ hüceyrələri leptin kimi bəzi hormonların sintezini artırır. Bu hormon da hüceyrə çoxalmasında rol oynayır. Bundan başqa piylənməsi olan şəxslərdə yarımkəskin və xronik olaraq özünü göstərən iltihabi prosesləri qeyd etməliyik. Sanki bədəndə davamlı xroniki və aşağı sıxlıqlı rastlanan bir infeksion proses olur. Bu özü belə xərçəng xəstəlityinə təkan verici bir faktordur. Bundan başqa piylənmə xəstəliyindən əziyyət çəkən insanlarda immun sistemində zaman keçdikcə tormozlanma ya da müxtəlif növ dəyişiklər ola bilər ki, bunun nəticəsində xərçəng hüceyrələrinin formalaşmasına və çoxalmasına yol aça bilər.
Cərrahi müalicə seçimi nə vaxt olunmalıdır ?
Piylənmə zamanı ilk mərhələ olaraq konservativ müalicə tətbiq olunur. Bunlardan bəzi dərman müalicələri, pəhriz, fiziki hərəkət (idman) və həyat tərzinin düzəldilməsi kimi konservativ müalicə üsulları mövcuddur. Müasir dövrdə yetkin insanlarda morbid piylənmənin radikal müalicəsi cərrahi müalicədir. Cərrahi müalicə olaraq 3 cərrahi üsul haqda danışa bilərik. İlk olaraq Band əməliyyatıdır ki, artıq bu üsuldan demək olarki istifadə olunmur. Bypass əməliyyatlarının artıq çəkidən azad olunma göstəricisi yüksək olsada, ancaq metobolik olaraq yan təsirləri və mineral, vitamin itkisi olması aspektindən yaxşı nəticəsi olmama ehtimalına sahib olduğu bilinən bir haldır. Son illərdə piylənmədən əziyyət çəkən xəstələrdə dünyada da daha çox istifadə olunan cərrahi mülicə seçimi Sleeve qastrektomiya (mədənin boruvari rezeksiyası) üsuludur. Mədənin dibi (fundus deyilən nahiyə) ən çox iştah hormonlarını sintez edildiyi nahiyədir və əməliyyat zamanı mədənin dibi (fundus) çıxarıldığı üçün çox ciddi iştahsızlıq yaranır. Beləliklə əməliyyatdan sonra təyin olunmuş pəhrizə əməl etmək daha asan olur. Çunki bu xəstələr əslində təməl olaraq çox yemək yeyən və yeməkdən uzaq dura bilməyən insanlardır.
Sleeve qastrektomiya (mədənin boruvari rezeksiyası) nə deməkdir ?
Bu əməliyyat zamanı mədənin təxminən 75-80 %-nin çıxarılması həyata keçirilir. Mədənin çıxarılmamış qalan hissəsi isə boruya bənzədiyi üçün belə adlandırılır. Mədənin böyük hissəsi cərrahi olaraq çıxarıldığı və 50-100 ml bir həcm mədə qaldığı üçün qida qəbulunu məhdudlaşdırır və nəticədə cəki artmasının qarşısı alınır. Əməliyyat nəticəsində çıxarılan mədə hissəsindən ifraz olunan iştah hormonları da azaldığı üçün ciddi mənada iştahın azalması baş verir.
Mədə BYPASS-ı nə deməkdir?
Qida borusunun mədəyə keçən hissəsindən sonrakı mədənin kiçik bir hissəsi saxlanılmaqla böyük bir hissəsi bypass edilir. Mədənin həmin bu hissəsinə cərrahi gedişata uyğun olaraq nazik bağırsağın hər hansı bir hissəsi tikilir. Həm mədə həcmi kiçilir həm də bağırsaqların bir hissəsi həzm funksiyasından kənarda qalır. Nəticədə həm qida qəbulu azalır həm də qidalı maddələrin sourulması pozulur. Bu üsulla xüsusi ilə insulindən aslı şəkərli diyabet xəstələrinin qan şəkərinin kontrolda saxlanılması da asan olur.