Stomalı xəstələr
Ümumi məlumatBədənimiz qidalı maddələri hansı yollar ilə qəbul edir ?
Həzm sistemi ağızdan başlayır və uzunluğu 6-9 metr olan bağırsaqlarla öz funskiyasını görür.Stomanın nə olduğunu daha yaxşı anlamaq üçün qidanın bədənimizə neçə daxil olduğunu bildirmək yerinə düşərdi.Həzm deyilən bu mükəmməl proses bir neçə orqanın sistem şəklində birgə fəaliyyəti nəticəsibdə həyata keçir.Bu orqanlardan əsasları bunlardır : ağız, qida borusu, mədə, nazik bağırsaq, yoğun bağırsaq və rektum (düz bağırsaq). Qida, ağızda çeynənərək kiçik hissələr şəklinə gəlir və asan udulması üçün tüpürcək ilə qida borusu vasitəsiylə mədəyə keçir. Mədənin selikli qişasında ifraz olunan turşu qidaya qarışır.Beləliklə qida mədədə xəmir şəklində yumuşaq bir forma alır. Sonrakı mərhələdə mədədəki həmin bu qidalar nazik bağırsağın ilk şöbəsi olan onikibarmaq bağırsağa keçir. Öd kisəsindən və mədəaltı vəzində onikibarmaq bağırsağa ifraz olunan həzm funksiyası daşıyan enzimlər (oraqana məxsus xüsusi maddələr) qidanı əsas qidalı maddələrə (zülallar, karbohidratlar, yağlara) qədər ayırır.Xəçir şəklinə çevrilmiş qidan parçalanması daha xırda hissələrə ayrılması nazik bağırsaqda davam edir.
Nazik bağırsaq buraya düşmüş qidadan bədənimiz üçün lazım olan qidalı maddələri sorulmasını təmin edir. Nazik bağırsaqda həzm olunmayan qida qalıqları yoğun bağırsağa keçır. Yoğun bağırsağın işi bura keçən həzm olunmayan qida qalığında olan suyu sourmaqdan ibarətdirki bu da nəcisin formalaşmasını təmin edir. Bundan başqa yoğun bağırsaqda olan müxtəlif patogen olmayan bakteriyalar həzm olunmamış lifli maddələrin parçalanması işini yerinə yetirir. Bu parçalanma bağırsaqlarda qaz əmələ gəlməsinə səbəb olur.Yoğun bağırsaqda müxtəlif formaya düşən həzm olunmayan qida qalıqları isə bağırsağın dalğavari hərəkəti ilə düz bağırsağa ötürülür. Düz bağırsaq nəcisin toplandığı bir şöbədir.Düz bağırsaq tam dolanda tipik olaraq nəcisi xaric etmək hissi əmələ gəlir. İstəyimizə uyğun olaraq anus əzəlsini boşaldaraq nəcisin xaric edilmə zamanını təyin edirik.
Stoma sözü nə mənaya gəlir ?
“Stoma” sözü yunan mənşəli olub ağız və ya dəlik mənasına gəlir. Stoma sidik və nəcis kimi ifrazat maddələrinin bədəndən xaric edilməsini təmin edən əməliyyat ilə suni formalaşdırılmış xaricə açılan bir boşluq və ya bir dəlikdir. Stomanın vəzifəsi orqanizmin itirdiyi bir funksiyanı əməliyyat yolu ilə təkrar bərpa etməkdir. İfrazat nəhsullarını xaric edən stomalar 3 qrupa bölünür : kolostoma, ileostoma, urostoma. Biz bunların ikisi (kolostoma və ileostoma) haqqında danışacağıq.
Kolostoma
Kolostoma nədir ?
Kolostoma ən çox istifadə olunan stoma formasıdır.Kolostomada yoğun bağırsağın hər hansı bir hissəsi qarnın ön divarına çıxarılır və naciz ifrazı əməliyyat ilə formalaşdırılmış bu dəlik vasitəsi ilə həyata keçirilir.
Kolostoma lazım olan hallar
Yoğun bağırsağın müəyyən bir hissəsinin funksiyasının müvəqqəti və ya daimi dayandırılmasına və ya xaric edilməsinə ehtiyac olan yoğun bağırsağın ciddi xəstəliklərində kolostoma açılır. Bunlardan əlavə aşağıda qeyd olunan hallarda kolostomanın açılması həyata keçirilə bilər.
- Xroniki iltihabi yoğun bağırsaq xəstəlikləri ( Xoralı kolit, Kron xəstəliyi )
- Yoğun bağırsaq şişləri
- Divertikulit
- Yoğun bağırsağın perforasiyası (deşilməsi)
- Bağırsaq keçməməzliyi, bitişmələr
- Anal sfinktor problemləri (nəcis saxlama çətinliyi)
- Yaralanmalar
- Şüa müalicəsi nəticəsində əməl gələn xəstəliklər
- Anadangəlmə bağırsaq qüsurları (Hişprunq xsətəliyi)
Yoğun bağırsağın suni yolla qarnın ön divarına çıxarılması iki cür həyata keçirilir : Əsasən S – vari çənbər bağırsaqdan formalaşdırılıb tək mənfəz şəklində xaricə çıxarılan uc (tək lüləli) kolostoma və köndələn çənbər bağırsaqdan formalaşdırılıb iki mənfəz şəklində xaricə çıxarılan iki lüləli kolostoma.
Uc kolostoma (tək lüləli) zamanı cərrah sfinktor əzələsi ilə birlikdə anusu və və yoğun bağırsağın kiçik bir hissəsini kəsərək çıxarır. Xaricə çıxarılası bağırsağın ucu qarnın sol tərəfində, əsasən S-vari bağırsaq hissəsinə yerləşdirilir. Buna görə də bu stoma növünə Siqmoid kolostoma da deyilir. Bəzi xəstəliklər zamanı bağırsağın xəstə olan nahiyəsinin sağalması üçün həmin hissənin işini müvəqqəti olaraq dayandırmaq məqsədi ilə stoma açılır, lakin belə hallarda düz bağırsaq və sfinktor əzələlərinə toxunulmur.Bu formada stoma açılmasına Hartman tipli siqmoid kolostoma deyilir.Bu tip stoma adətən müvəqqəti olur və sonralar bu stoma bağlanılır.
Hər iki uc kolostoma növündə yoğun bağırsaq demək olarkı hamısı qorunur və öz işini 9 nəcisin qatılaşması) davam etdirir.Kolsotomalarda xaric olunan nəcisin konistensiyası (bərkliyi) əməliyyatdan əvvəl olduğu kimi olur.
İki lüləli kolostoma adətən düz bağırsağa yaxın nahiyələrdə olan bağırsaq hissələrinin işini azaltmaq ( istirahət vermək) üçün müvəqqəti olaraq açılır. Cərrah bağırsağı kəsmədən dəri üstünə çıxardır sonra bağırsağa kəsik edərək (tam dairəvi kəsilmir )mənfəzini açır və qarnın ön divarına fiksasiya edir. Beləliklə bağırsağın stomadan gedən və stomya gələn hissələri olur. Bağırsağın xəstə olan hissəsi sağaldıqdan sonra bağırsağın kəsrək açılmış ucları birləşdirilib qarnın içinə salınır. Beləliklə xəstə nəcis xaric etməni normal yolla həyata keçirir. İki lüləli kolostoma adətən köndələn çənbər bağrsaq nahiyyəsində açıldığı üçün buna tranvers ( köndələn) kolostoma da deyilir.
İleostoma
İleostoma nədir ?
İleostoma yayılmış stoma növlərindən digəridir.İleostoma nazik bağırsağın hər hansı bir hissəsinin qarnın ön divarına çıxarılmasıdır.
İleostoma lazım olan hallar
Yoğun bğırsağın bir hissəsi və ya sfinktor əzlələri ilə birlikdə bütün yoğun bağırsağ cərrahi yolla çıxarılan zaman ileostoma açılır.İlesotoma açılması səbəb olan hallar olaraq Xoralı kolit və Kron xəstəliyi kimi bağırsağın xroniki iltihabi xəstəliklərini qeyd edə bilərik. Belə xəstələrdə adətən dərman müalicəsi ilə yaxşılaşmayan ishal (diareya, gündə 25-30 dəfə) olur. İleostoma açılmasına səbəb olan başqa bir xəstəlik irsi polip xəstəliyidir. Bu xəstələrdə yoğun bağırsaqda çoxlu sayda poliplər olur və bu poliplər adətən xərçəngə meyilli olur. Bu səbəbdən də bağırsğın polip olan nahiyyəsi kəsilib çıxarılmaq məcburiyyətində qalır.
İleostomanın növləri
Nazik bağırsağın suni yolla qarnın ön divarına çıxarılması iki cür həyata keçirilir : adətən uc ileostoma və xüsusi hallarda iki lüləli ileostoma.Uc ileostoma adətən qarnın sağ nahiyəsində açılır. Burda əsas olan ileostomanın məməyəbənzər şəkildə yaradılmasıdır.İleostomadan xaric olan nəcis adətən sulu olur. Bu ifrazatın kimyəvi təsiri olduğu üçün nəcis dəriyə təmas etmədən birbaşa torbanın içinə axması üçün ileostoma təxminən dəri səthindən 1.5 – 3 sm xaricə qabarmalıdır.
İkilüləli ileostoma az hallarda açılır bir neçə aylığına yoğun bağırsağın bəzi hissələrinin işinin azaldılması (istirahət verilməsi) ehtiyac olan hallarda həyata keçirilir. İkilüləli ileostoma adətən qarının sağ aşağı nahiyəsində yaradılır. Cərrah bağırsağı qarın divarından xaricə çıxarır sonra bağırsaq kəsilərək (tam kəsilmir) açılır və qarının ön divarına fiksasiya edilir. Beləliklə bağırsağın hərəkət istiqamətində işi azaldılır, bağırsağın stomaya gələn və stomadan gedən hissələri olur. Bağırsağın xəstə olan nahiyəsi sağaldıqdan sonra cərrah bağırsağın kəsilmiş uclarını birləşdirir və qarnın içinə daxil edir. Beləliklə xəstə normal yolla nəcis xaric etməni həyata keçirir.
Diqqət edilməlidir
İleostoma açılan zaman yoğun bağırsaq fəilyyəti dayandırılır.Beləliklə nəcisi qatılaşdıran orqan fəaliyyət göstərmədiyi üçün xaric olunan nəcis duru şəkildə olur.Bundan başqa, həzm zamanı ifraz olunan həzm fermentləri yoğun bağırsaqda zərərsizləçdirilir. Yoğun bağırsaq fəaliyyət göstərmədiyi üçün ileostomadan xaric olan nəcisdə zərərli maddələr olur ki, bunlar da dəriyə təmas zamanı müxtəlif kimyəvi təsirlər ola bilər. Bu səbəbdən də bağırsaq çıxarılan zaman dəriyə təmas etməməsinə xüsusi diqqət yetirilməlidir.
Bəzi qrup dərmanlar varki bunlar bağırsaqlar vasitəsiylə sourulub təsir göstərir. İleostoma açılan xəstələrdə bağırsaqlardakı vəziyyət dəyişdiyi üçün belə dərmanlar oranizmə ya tam olaraq təsir etməz ya da ki təsiri effektis dərəcədə az olar. Bu səbəbdən belə xəstələrə hər hansı digər səbəbdən dərman yazılan zaman həkimə ileostoma olması ilə bağlı məlumat verməlidirlər.
Qeyd etdiyimiz kimi qəbul olunan qidadakı suyun orqanizmə sourulmasını və nəcisin fornalaşmasının ( qatılaşmasını ) yoğun bağırsaq həyata keçirir. İleostomalı xəstələrdə yoğun bağırsaq fəailəyyət göstərmədiyi üçün orqanizmə suyun sorulması pozulur, orqanizm yetərli su qəbul edə bilmir. Orqanizm su itirdiyi üçün itirilən suyun bərpa edilməsi gərəklidir. İleostoması olan xəstənin günlük su ehtiyacı 2-2.5 litrdir. Bundan başqa xaric olunan sidiyin gündəlik miqdarı 1 litrdən az olmamasına nəzarət edilməlidir.
İleostomalı xəstələrdə su – duz mübadiləsi pozulur. Bu səbəbdən də orqanizm üçün vacib olan duzların qəbul edilməsinə diqqət edilməlidir. Duzlar (elektrolitlər) satışda olan enerji və idman içkilərinin tərkibində olur. Lazım olarsa duzlar dərman şəklində də qəbul ediləbilər. Orqanizmin su-duz balansı daim nəzarətdə saxlanılmalıdır.
Xəstəxana müddəti
Əməliyyatdan öncə
Əgər həkim sizə stoma açılmasını məsləhət görərsə sizdə bir çox suallar yaranacaq. Bu suallar əsasən məni nə kimi problemlər gözlüyür ? Sağalacammı ? Əməliiyatdan sonra hansı vəziyyətdə yaşıyacam ? tipli suallardan ibarət olacaq. Həkim isəs bu sualları cavablandırmaq üçün maarifləndirici söhbət edəcəkdir. Bu söhbətdə əsasən xəstəlik, müalicə üsulları və əməliyyat haqqında məlumatlar ön plana çıxarılmalıdır. Əməliyyatdan sonrakı müddətdəki yaçıyacağınız həyat tamam başqa bir məsələdir. Bu haqda ayrıca danışıqlar edilməlidir.
Stoma nahiyyəsinin təyini
Stoma nahiyəsinin seçilməsi bir çox klinikalarda öncədən qərar verilir. Stoma nahiyəsinin seçilməsində məqsəd stomanı ən uyğun nahiyədə açmaqdır. Stoma xəstənin asanlıqla görə biləcəyi bir nahiyədə açılmalıdır. Beləliklə xəstənin özünə qulluq etməsi asanlaşacaq həm də qarşıda ola biləcək ağırlaşmalar olma ehtimalı azalacaq.
Stomaya ilk baxış
Stomaya ilk baxış əməliyyatxanada icra olunur. Bu zaman stomanın işləyib işləməməsi yoxlanılır. Xəstənin vəziyyəti yaxşılaşdıqdan sonra xəstə, stomaya qulluğun özü tərəfindən edilməsinə cəlb olunur. Başlanğıcda bu bir qədər çətin olur, çünki buna uyğunlaşmaq çətin olur. Ancaq zaman keçdikcə xəstə bu vəziyyətə uyğunlaşmalıdır. Xəstəxanadan evə yazıldıqdan sonra xəstələr üçün çətin bir dövü başlayır ancaq xəstə stoma qulluq etməyə zaman zaman uyğunlaşacaq. Bunun üçün səbirli olmaq lazımdır. Sadəcə olaraq oqranizmanın və ruhun zaman ehtiyacı var.
Stomaya qulluq
Qulluq setinin düzgün seçimi
Hal – hazırda stomaya qulluğun bir neçə üsulu mövcuddur. Seçimin çox olması xəstənin qərar verməsini çətinləşdirir. Bunun üçün xəstə özünə bir neçə sual verərək cavablandırmalıdır. Bu suallar Hasnı üsulun xəstə üçün düzgün olması ? və ya Bir mərhələli yoxsa iki mərhələli sistem istifadə etməlidir ? kimi suallardır. Bu suallar həmiin an cavab vermək asan deyil. Çünki hər bir stoma öz – özlüyündə fəqrli olur. On görədə stomaya qulluq xəstəyə görə seçilməlidir. Bundan başqa da hər xəstənin özünə məxsus fərli həyat tərzi, sosial, məişət və əmək şəraiti olur. Stomaya qullluq sisteminin seçilməsində bunlar hamısı nəzərə alınmalıdır.
Dəriyə qulluq
Aktiv həyat tərzi üçün stomaya düzgün qulluq lazımdır.Stomaya qulluq ilə axıntı, qoxu gəlmənin qarşısı alınmalı və dəri qorunmalıdır. Müasir stomaya qulluqda dərinin qorunması yapışqanlı maddələrlə həyata keçirilir. Dərini ən yüksək səviyyədə qoruyan marka STOMAHESİVE jelatin yapışqanıdır. Bu yapışqan maddə pektin, jelatin və Poliizobutilendən istehsal edilir. Jelatin yapışqan nəm və istiyə dözümlü olduğu üçün sıx tutur, ancaq yapışmır və dərini zədələmir. Əksinə stomanın ətrafındakı həssas dərini effektli bir şəkildə qoruyur, hətta zədlənmiş dərinin sağalmasına da köməy edir.
Yapışqanlı qulluq forması
Bu qulluq üsulunda plastik və sink oksid yapışqanları kimi maddələr istifadə edilir. Sink oksid yapışqanları istidə dəridə olan xırda dəliklərdən daxil olur və orada bir-birinə pərçimlənir. Stoma torbası çıxarılan zaman dəriyə ağrı verərək zədələyir. Bu səbəbdən sink oksid yapışqanları ancaq dözümlülüyü çox olan dəriyə məxsus xəstələrdə istifadə olunmalıdır. Mikro dəlikli yapışqanların üzəri adətən plastik bir yapışdırıcı maddə ilə örtülmüş olur. Bu cür yapışqanlar istidə öz xüsusiyyətlərini saxlayır, beləliklə qulluq materialları (torba) dəyişdirildikdə dəri az zədələnir.
Yapışqansız qulluq forması
Bu qulluq formasında yapışqanlı maddədən istifadə olunmur. Bu o deməkdir ki, yumuşaq və güvənilir olaraq dəri üzərində yapışmadan dayanır. Buna nümunə olaraq STOMAHESİVE göstərmək olar. Bədn istiliyi vasitəsiylə bu jelatin qulluq seti dəriyə tamamən yayılır və güvənilir şəkildə dayanır. Bu zaman dəri ilə qulluq materialı arasında ara qalmır. Bu jelatin maddə nəmi özünə çəkdiyi üçün insan çox tərlədiyi isti havalarda belə qulluq seti heçbir zərər görmədən dəridə qalır
Tək hissəli qulluq seti
Tək hissəli qulluq setində torba ilə adapter (dəriyə yapışan hissə) bir-birinə yapışmış şəkildədir. Dərinin daha çox zədələnməməsi üçün bu tək hissəli seti gündə üç dəfədən artıq dəyi.dirmək olmaz. Tək hissəli qulluq setinin ən yaxşı xüsusiyyəti çox sadə qulluq üsulu və dərini olduqca elastik qorumağa malik olmasıdır. Yəniki rahat və elastikdir, həm də istifadəsi asandır. Bu setin özünün də əvvəldən kəsilib hazır şəkildə olan forması var, bir də sonradan kəsilib hazırlanan forması var.
İki hissəli qulluq seti
İkihissəli qulluq seti bir-birindən ayrı (yapımamış olan) torba və adapterdən ibarətdir. Bu set dəridə bir neçə gün qala bildiyi üçün dərini qoruyur. Bu da iki hissəli qulluq setinin ən böyük üstünlüklərindəndir. Bundan əlavə torbanın adapterə yerləşdirilməsi də asan həyata keçir.
Torba çeşidləri
Əsasən iki növ torba olur.Altı qapalı torbalar xüsusilə kolostomalı xəstələr üçün ən uyğun olanıdır. Kolstomada ifraz olunan nəcis qatı ( duru olmur) olur və nəcis xaric etmə gündə iki dəfə olur. Bu səbəbdən də torbanın iki dəfə dəyişdirilməsi məsləhət görülür. Altdan boşaldılan torbalar isə əsasən ileostomalı xəstələrdə istifadə olunur. İleostomada daha duru ( yumuşaq, sulu ) və tez-tez nəciz xaric etmə olur. Bu səbəbdən də ileostomalı xəstələrdə torbanın altdan boşaldılması lazımdır. Altdan boşaldılan torbanın əsas üstünlüyü adapteri və torbanı dəyişdirmdədn nəcisin boşaldılmasının təmin olunmasıdır. Torbanın alt hissəsində torbanın boşaldılmasını təmin edən dəlik olur. Bu dəlik sıxac ilə sıx bağlanılır, nə vaxt ki torba boşaldılmalı olur o zaman sıxac açılır. İki hissəli qulluq setində adapter tez-tez dəyişdirildiyi üçün dərini qoruyan bir setdir. Torbanı boşaltmadan əvvəl açıq olan alt uc 3 sm xaricə doğu qatlanmalıdır. Beləliklə bu hissənin nəcis ilə təmasının qarşısı alınır və gigiyenik təmizlik təmin olunur. Torba boşaldıldıqdan sonra alt hissəsi tualet kağızı ilə yaxşıca təmizlənməli və qurulanmalıdır. Xəstənin özünü təmiz və qoxusuz hiss etməsi üçün torbanın uc hissəsinin təmiz olması vacibdir. Altdan boşaldılan torbaların bəzilərində sıxac
Qulluq setinin dəyişdirilməsi
Stoma açlandan sonra ilk aylarda ən önəmli olan səbirdir. Stomanın təmizliyi vən qulluğu üçün xəstə zöünə vaxt ayırmalıdır, adapter və torba dəyişdirmə prasedurası üçün tələsmədən əvvəlcə hazırlıq etmək və bu proseduranı addım addım icra etmək lazımdır. Bir müddət sonra xəstə dəyişdirmə prosedurasını asanlıqla icra edə biləcək.
Adapter və torbanı dəyişdirməyə başlamamışdan əvvəl uyğun bir yer (mıkan) seçilməlidir. Ən uyğun yer bu işi ayağüstə, hamamda rakvina önündə və ya ayaqyolunda etməkdir. Xəstə köhnə adapter və torbanı çıxarmamışdan qabaq ehtiyac olan bütün əşyaları asanlıqla əldə edəcək bir şəkildə öz yanına qoymalıdır.Ehtiyac olan əşyalar aşağıdakılardır :
- Stomayı və ətrafını təmizləmək üçün istifadə ediləcək yumuşaq bez, salfetka, kağız dəsmal və s.
- Təmizlik üçün sabun istifadə olunacaqsa dərinin Ph-na uyğun sabun
- Yeni torba və adapter ( adapter əvvəlcədən kəsilməyibsə stomanın ölçüsünə uyğun şəkildə kəsilməlidir)
- Zibil torbası
- Əgər stomanın ətrafı davaml təraş olunmalıdırsa o zaman təraş alətləri
- Lazım olsa köməkçi qulluq məhsulları ( pasta, pudra və s)
Dərinin təmizlənməsi
Yeni torba və adapteri taxmamışdan qabaq stoma və stomanın ətrafındakı dəri təmizlənməlidir. Stoma və ətrafı ip və həransı bir qırıntı saxlamayan yumuşaq və birdəfəlik materiallar ilə təmizlənməlidir.Stomanın ətrafını təmizləmək üçün adi kran suyu belə yetərlidir. Stoma ətrafı kirlidirsə və sabundan istifadə etməyə ehtiyac varsa yumuşaq sabun istifadə olunmalıdır. Təmizlik işi tamamlandıqdan sonra həmin nahiyə yaxşıca qurulanmalıdır. Onu da qeyd edək ki, benzin və alkoqol (spirt) kimi təmiziləyici maddələrdən istifadə etmək olmaz. Bu tip maddələr dərinin təbii qoruyucu təbəzqəsini zədələyir və dərinin qutuyaraq çatlamasına səbəb olur. Hal hazırda satışda olan lasyonların tərkibində alkoqol (spirt) var. Dərinizi zədələnməməsi üçün tədbirli davranmaq üçün təmizləyici maddələr tərkibinnə nəzarət etmək lazımdır. Yaxşı olarkı təmizlik üçün birdəfəlik məhsullardan istifadə edilsin. Stoma ətrafını təmizləmək üçün bir neçə dəfə istifadə olunan təmizlik bezləri və süngərlər mikroblar üçün optimal mühit yaradır.
Stoma ətrafındakı tüklər təraş edilməlidir. Tüklər adapterin yapışmasına maneə olur. Bundan başqa adapter çıxarılan zaman tüklərin qopduğu üçün xəstə ağrı hiss edir. Hamısandan önəmlisi də odurki tüklərin kökündə iltihab (folikulit) əmələ gələ bilər.
Yeni qulluq setinin taxılması
Adapterin və torbanın dəliyi stomanın çevrəsinə uyğun olaraq kəsilməlidir. Kəsmək üçün əyri uclu kiçik qayçılar daha münasib olar. Adapterin ölçüsü stomadan çoz böyük olarsa nəciz dəri ilə təmas edər və dərinin zədələnməsinə səbəb olar. Yeni adapter taxılan zaman əvvəlcə adapterin arxasındakı qoumaq üçün olan kağız çıxarılmalıdır. Daha sonra dəri qouyucusu dairəvi olaraq stomanın alt ucunadan yuxarıya doğru dəri üzərinə yayılır. İki hissəli qulluq setində torba əlin içi ilə ehmalca adapterə doğru basılır. Torba ehmalca çəkilərək torbanın yaxşıca və əmin bir şəkildə adapter üzərinə yerləşib yerləşmədiyi yoxlanılmalıdır. Nəzərə almaq lazımdır ki, hər ehtimala qarşı qısa bir gəzinti üçün evdən çıxan zaman stomaya qulluq materiallarını götürmək yaxşı olardı.
İrriqasiya
İrriqasiyalı qulluğun xüsusi bir növü də kolostomanın irriqasiyasıdırvə bu yalnız kolostomalı xəstələr üçün münasibdir. İrriqasiya prosedurası ilə bağırsaq yuyulur, beləliklə nəcizin kontrollu xaric olunması təmin olunur və 24 – 48 saat boyunca nəcisin xaric olunmasının qarşısı alınır. Kolostoma xəstələri bu müddət ərzində stoma qapağı və ya mini (kiçik ) torbalar kimi paltarın altında görünməyən kiçik qulluq setindən istifadə edə bilərlər. İrriqasiyanın üstünlüyü də odur ki, nəciz ilə birlikdə qaz da çıxır, beləliklə xəstədə altı – səkkiz saat boyunca demək olarki bağırsaqda qaz əmələ gəlmir.
Ancaq irriqasiya bötün kolostomalı xəstələrdə tətbiq olunmur. Misal üçün xəstə fiziksəl olaraq yumaq işini görəbiləcək vəziyyətdə olmalıdır. İrriqasiya üçün xəstə bir az çox zaman ayırmalıdır ( gündə 45-60 dəqiqə ). Bundan başqa irriqasiya tətbiq olunacaq xəstələrdə ürək, təzyiq, iltihabi bağırsaq xəstəliyi ( Kron, qeyri spesifik xoralı kolit ) kimi xəstəliklər olmamalıdır.
Bu üsul həssəs və ishala meyilli bağırsaq üçün uyğun prosedura deyil. İrriqasiyaya başlamamışdan qabaq risləq baxımından həkim ilə məsləhətləşmək lazımdır. Sadəcə həkim bu proseduranın xəstə üçün uyğun olub olmadığına qərar verə bilər.
İrriqasiyanın təsif effektləri
Yoğun bağərsağın içinə su vulan zaman bağırssaq divarında gərilmə olur. Bu da bağırsaqda prestaltik hərəkətləri başladır. Prestaltika hesabına bağırsaq daxilindəki mğhtəviyyat ( nəciz, qaz ) stomadan xaricə çıxır.
Qidalanma
Kolostomalı və ileostomalı xəstələrdə qidalanma
Kolostomalı xəstələrin əksinə ileostomalı xəstələr qidalnmalarına diqqət eyməlidirlər. İleostomalı xəstələrin nəcisləri daha çox sulu və qıcıqlandırma xüsusiyyətli olur. Bu səbəbdən elə olmalıdır ki, qəbul edilən qidalar bu problemləri daha da artırmasın. İleeostomalı xəstələr üçün qidalanma barəsində bir neçə yəməl məsləhətlər var ki, bunlar da aşağıdakılardır :
- Gündəlik yeməklər çeşidli, balanslı və qida dəyərləri qorunmuş olmalıdır. Eyni saatlarda və gündə üç-beç dəfə ( az-az, kiçik porsiyalarla) yemək yeyilməlidir. Yavaş yeyilməlidir və qidalar yaxşıca çeynənməlidir
- Gündəlik yimək saatlarında qəbul ediləcək yeməklərin miqdarı bərabər bölünməlidir. Gecə böyük miqdarda nəciz ifraz olunmaması üçün axşam yeməyi çox da gecə yeyilməməlidir
- Çok maye qəbul edilməlidir, gündə 2-2,5 litr. Çünki xəstə çox maye itirir.
Stomalı xəstələrin çoxu qaz və ishal problemləri yaşayır. Xəstənin öz –özlüyündə apardığı qidalanma barəsində araşdırmalar düzgün qidalanmanın seçilməsində yol göstərməyə köməy edəcəkdir.
- İshal yaradan qidalar
- Qəbizlik yaradan qidalar
- Qaz yaradan qidalar
- Qaz yaranmasının qarşısını alan qidalar
- Qoxuya səbəb olan qidalar
- Qoxunun qarşısını alan qidalar
Digər məlumatlar
İş həyatı
Stomalı xəstələr yenidən öz işlərinə qayıda bilər.Ancaq iş əsasən ağır yük qaldırmaqla bağlıdırsa bu zaman problemlər yara bilər. Ən çoxu 10 kg-dan çox yük qaldırmaq olmaz.
Hamamlanmaq
Kolostomalı və ileostomalı xəstələr torba taxılı vəzyətdə həm də torbanı çıxardaraq hamalana bilərlər. Əgər torba taxılı vəziyyətdə hamamlanılırsa o zaman kömür filtrinin üstünə qoruyucu ilə bağlanmalıdır.
Enterostomal müalicə
Enterostomal müalicə anlayışı stoması olan xəstənin vücudi , ruhən və sosial realibitasiyası ( bərpası) deməkdir. Bu işlə məşğul olan həkimlər, əməliyyatdan qabaq və əməliyyatdan sonra stomalı xəstələrlə maraqlanır və xəstələrin özlərinə qulluq etməsində onlara kömək göstərir, sullarını cavablandırır, onlarla maarifləndirici söhbət edir və xəstələri evlərində ziyarət edirlər.
Boş zamanlar
Boş vaxtlarda xəstə özünü yaxşı hiss edən kimi xəstə həkimi ilə məsləhətləçərək əvvəlki asudə zamanlarını keçirdiri məşquliyyələrinə davam edə bilərlər.Əvvəlki aktivliyə qayıtmaq həm vücudi həm də ruhi olaraq xeyirlidir. Bu da nəzərə alınmalıdır ki, xstoma ilə bağlı qarın əzlələri zəifləyir və gərgin fiziki işlə məşğul olmaq məsləhət görülmür.
Kontrol
Xəstəxanadan çıxdıqdan sonra stoma intensiv olaraq kontrol edilməlidir. Fasiləli olaraq edilən kontrol müayinələr xəstənin özünü yaxşı hiss etmsəinə köməy edir. Növbəti kontrola nə vaxt gəlinməsi həkim ilə məsləhətləşdirilməlidir.
Hamiləlik
Stoması olan qadın xəstələr hamilə qala bilərlər. Ancaq stoma əməliyyatı ilə hamiləlik arasında bir il ara olmalıdır.Hamiləlik zamanı qarın ölçülərində dəryiçiklik olur. Bu səbəbdən də stomanın ölçülərinin və formasının dərişilfiyini nəzərə alsaq həmin xəstələr dəyişikliyə uyğun adapter və torba seti seçilməidir.
Üzmə
Stomalı xəstələr stomaya qulluq seti ilə birlikdə heç problemsiz hovuzda , göldə, dənizdə üzə bilərlər.Kolostomalı və ileostomalı xəstələr üçün daha az nəzərə çarpan qısa istifadə müddəti olan qulluq setləri (mini torbalar, sıyrılan torbalar) də olur ki, hasnıki üzmə zamanı bundan istifadə edə bilərlər.
Cinsi aktivlik
Stomaya baxmayaraq cinsi həyat yaşayıb yaşamamaq haqda xəstələrdə suallar formalaşır. Ancaq cavab xeyir deyil. Nəzərə almalıyıq ki, stomalı xəstələrdə əməliyyatdan sonra bir müddət öz güvənlərində dəyişikliklər olur. Bu da normaldı, çünki qarnında torba olan biri özünü bu baxımdan göstərməkdən xoşlanmaz. Bu qorxuları və narahatçılıqları geridə qoymaqda həyat yoldaşın rolu və anlayışı da önəmlidir. Cinsi münasibət zamanı mini (kiçik ) torbalar kimi kiçik qulluq setlərindən istifadə etmək xəstə üçün də böyük köməy olar. Bundan başqa torbanın üzərinə bir örtü keçirərək qulluq setini gizlətmək də olar. Ehtiyac olarasa psixoloq ilə də məsləhətləşmək yaxşı olardı.
İdman
Stoma ilə idman etmək mümkündür, hətta idman etmək tövsiyyə belə olunur. İdman etmək həm insandakı öz güvəni də artırır. Ancaq qarın daxili təzyiqi artıran ( boks, gimnastika, karate, cüdo, güləş ) idman növlərindən uzaq olmaq lazımdır. Bu idman növlərində bağırsaqların önə doğru çıxması və zədələnməsi kimi riskləri var.