Ümumi məlumat
Bədənimiz qidalı maddələri hansı yollar ilə qəbul edir ?Həzm sistemi ağızdan başlayır və uzunluğu 6-9 metr olan bağırsaqlarla öz funskiyasını görür.Stomanın nə olduğunu daha yaxşı anlamaq üçün qidanın bədənimizə neçə daxil olduğunu bildirmək yerinə düşərdi.Həzm deyilən bu mükəmməl proses bir neçə orqanın sistem şəklində birgə fəaliyyəti nəticəsibdə həyata keçir.Bu orqanlardan əsasları bunlardır : ağız, qida borusu, mədə, nazik bağırsaq, yoğun bağırsaq və rektum (düz bağırsaq). Qida, ağızda çeynənərək kiçik hissələr şəklinə gəlir və asan udulması üçün tüpürcək ilə qida borusu vasitəsiylə mədəyə keçir. Mədənin selikli qişasında ifraz olunan turşu qidaya qarışır.Beləliklə qida mədədə xəmir şəklində yumuşaq bir forma alır. Sonrakı mərhələdə mədədəki həmin bu qidalar nazik bağırsağın ilk şöbəsi olan onikibarmaq bağırsağa keçir. Öd kisəsindən və mədəaltı vəzində onikibarmaq bağırsağa ifraz olunan həzm funksiyası daşıyan enzimlər (oraqana məxsus xüsusi maddələr) qidanı əsas qidalı maddələrə (zülallar, karbohidratlar, yağlara) qədər ayırır.Xəçir şəklinə çevrilmiş qidan parçalanması daha xırda hissələrə ayrılması nazik bağırsaqda davam edir.
Nazik bağırsaq buraya düşmüş qidadan bədənimiz üçün lazım olan qidalı maddələri sorulmasını təmin edir. Nazik bağırsaqda həzm olunmayan qida qalıqları yoğun bağırsağa keçır. Yoğun bağırsağın işi bura keçən həzm olunmayan qida qalığında olan suyu sourmaqdan ibarətdirki bu da nəcisin formalaşmasını təmin edir. Bundan başqa yoğun bağırsaqda olan müxtəlif patogen olmayan bakteriyalar həzm olunmamış lifli maddələrin parçalanması işini yerinə yetirir. Bu parçalanma bağırsaqlarda qaz əmələ gəlməsinə səbəb olur.Yoğun bağırsaqda müxtəlif formaya düşən həzm olunmayan qida qalıqları isə bağırsağın dalğavari hərəkəti ilə düz bağırsağa ötürülür. Düz bağırsaq nəcisin toplandığı bir şöbədir.Düz bağırsaq tam dolanda tipik olaraq nəcisi xaric etmək hissi əmələ gəlir. İstəyimizə uyğun olaraq anus əzəlsini boşaldaraq nəcisin xaric edilmə zamanını təyin edirik.
Stoma sözü nə mənaya gəlir ?
“Stoma” sözü yunan mənşəli olub ağız və ya dəlik mənasına gəlir. Stoma sidik və nəcis kimi ifrazat maddələrinin bədəndən xaric edilməsini təmin edən əməliyyat ilə suni formalaşdırılmış xaricə açılan bir boşluq və ya bir dəlikdir. Stomanın vəzifəsi orqanizmin itirdiyi bir funksiyanı əməliyyat yolu ilə təkrar bərpa etməkdir. İfrazat nəhsullarını xaric edən stomalar 3 qrupa bölünür : kolostoma, ileostoma, urostoma. Biz bunların ikisi (kolostoma və ileostoma) haqqında danışacağıq.